Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən Marja-ya bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 3-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
FHN əhalini gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Müraciətdə güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunub.
Qeyd edilib ki, həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Bununla yanaşı bildirilib ki, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunub.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
Ən çox oxunanlar
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
Aprelin 18-də gözlənilən hava şəraiti






.jpg)








.jpg)






