Dövlət Neft Fondu “Apple", “Microsoft" və “Amazon”a yatırımları 2 dəfədən çox artırıb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) səhmlərinə ən çox yatırım etdiyi qlobal şirkətlər məlum olub. Bu il iyulun 1-nə Fondun yatırımları 14 valyutada olmaqla dünyanın 26 ölkəsindən 1570 şirkəti əhatə edib.
Bu barədə ARDNF-dən bildirilib.
Məlumata görə, 2023-cü ilin ilk yarısı üzrə Fondun listinqdəki səmhlərinin dəyəri 10,7 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81,3% çoxdur. 2022-ci ilin altı ayında bu rəqəm 5,9 milyard dollar təşkil etmişdi.
ARDNF-in ən çox yatırım etdiyi TOP-5 şirkətlərin səhm portfelində də dəyişiklik olub. Fond “Apple Inc”yə yatırımlarını son bir ildə 2,3 dəfə artıraraq 211 mln. dollardan 497 milyon dollara qədər artırıb. Başqa sözlə, ARDNF-nin səhm portfelində “Apple Inc”in payı 3,7%-dən 4,7%-ə çatıb.
Fond “Microsoft”a yatırımlarını 173 mln. dollardan 390 mln. dollara, səhm portfelində payını isə 3,0%-dən 3,7%-ə kimi artıb. “Google”a yatırım 82,6% artaraq 121 mln. dollardan 221 mln. dollara (portfeldə payı 2,1%) yüksəlib.
ARDNF “Amazon”un isə 195 mln. dollarlıq səhminə sahib olub. Bu isə son bir ildə 2,1 dəfə artım deməkdir. 2022-ci ilin iyul ayının 1-nə bu rəqəm 92 mln. dollar təşkil edib. Həmçinin, Fondun səhm portfelində “Amazon”un payı 1,6%-dən 1,8%-ə kimi artıb.
Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-5 şirkətlərə tamamilə qlobal İT şirkətləri nəzarət edir. Belə ki, ötən ilin ilk yarısında ilk beşliyə daxil olan “Nestle SA” şirkətini (86 mln. dollar yatırım) bu dəfə ABŞ-ın ən iri çip və oyun konsolları üçün qrafik prosessor istehsalçısı “NVIDIA” əvəzləyib. Fondun şirkətdəki səhmlərinin dəyəri 169 milyon təşkil edib.
Ümumilikdə, ARDNF-nin TOP-5 İT nəhənglərinin səhmlərinə yatırımları 1 mlrd. 472 mln. dollar təşkil edib. Bu isə ötən ilin birinci yarısı ilə müqayisədə 2,2 dəfə çoxdur. Ötən ilin ilk yarısında bu rəqəm 683 mln. dollara bərabər olub.
Qeyd edək ki, ARDNF “MSCI World” indeksini passiv olaraq izləyir və bu çərçivədə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir. Bununla da, Fond səhm investisiyalarını indeksin bölgülərinə uyğun olaraq həyata keçirir.
© APA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























