Toyota ilk 6 ayda qlobal satışlarını 5,1 faiz artırıb
Toyota-nın açıqladığı məlumatlara görə, şirkət ilk 6 ayda 4 milyon 937 min avtomobil satıb.Açıqlanan rəsmi rəqəmlərə görə, Toyota 2023-cü ilin ilk 6 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 5,1% daha çox və ya 4 milyon 937 min ədəd avtomobil satıb.
Marja xəbər verir ki, Toyota-nın Yaponiyadakı satışları 33 faiz artaraq 878 min ədəd olub. Amerikada 1,2 milyon ədəddən çox satışa nail olan Toyota, Asiyada da təxminən 1,5 milyon ədəd avtomobil satıb. Avropada da satışlarını artıran Toyota bu dövrdə 570 min ədəddən çox avtomobil satışına nail olub.
Hibrid avtomobillərə qlobal maraq artmaqda davam edib - əvvəlki ilin eyni dövrü ilə müqayisədə ilk 6 ayda 20 faiz artaraq 1,6 milyon ədədə çatıb. Digər tərəfdən Toyota-nın hibrid, plug-in hibrid və tamamilə elektrikli vasitələrdən ibarət nəqliyyat vasitələrinin satışı 23% artaraq 1 milyon 710 min ədədi keçib.
Çip tədarükü problemlərinin bərpa tendensiyasına verdiyi töhfə ilə qlobal istehsal da yüksək tələbatla artıb. Əvvəlki ilə nisbətən 12% artımla 4,9 milyon ədədə yaxın avtomobil istehsal edilib. Bunun 3,2 milyonu Yaponiyadan kənarda, 1,6 milyondan çoxu isə Yaponiyada istehsal olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
12 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
29 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 46 d. əvvəl
-
52 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























