Bayraktar: "Azərbaycanlı mühəndislərlə dron və PUA-ları inkişaf etdirmək üçün fəaliyyətə başlamışıq"
"Azərbaycanlı mühəndislərlə dron və PUA-ları inkişaf etdirmək üçün fəaliyyətimizə başlamışıq".
Bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan stendini ziyarət edəndən sonra jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, ağıllı, süni intellektlə təchiz olunmuş yeni nəsil silahlar artıq dünya gündəmindədir:
"Ölkəmizin bu sahədə inkişaf etməsi və həmin inkişafın nəticəsi olan silah sənayemizin nümunələrini burada görmək bizim üçün qururvericidir. Bütün dünyadan “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə böyük maraq var".
S.Bayraktar sərgidə nümayiş olunan Azərbaycanın stendindən də danışıb:
"Biz Azərbaycanda da fəaliyyətimizi davam etdiririk və burada da gənc mühəndis qardaşlarımızla birgə bizi tam müstəqil edəcək yüksək texnologiyanı inkişaf etdirmək üçün çalışacağıq. Hazırda onlarla ağıllı və insansız sistemləri inkişaf etdirmək üçün fəaliyyətimizə başlamışıq".
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 19 d. əvvəl
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI






















