Veysəloğlu Şirkətlər Qrupu 30 min tona yaxın məhsulu birbaşa tarladan rəflərə gətirib
105 fermerin məhsulunun mağazalarda müştərilərə təqdimatına imkan yaradılıb(®) Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) “Tarladan süfrəyə” prinsipinə sadiq qalaraq əhalinin yerli və təbii məhsullarla təminatını davam etdirir.
Şirkətlər Qrupu hazırda 105 fermerin məhsulunu öz mağazalarında müştərilərə təqdim edir. İlin ilk 6 ayı ərzində təqribən 23.8 milyon manat dəyəri olan 29,500 tonluq meyvə-tərəvəz çeşidinin fermerlərdən alışı baş tutub. Artıq növbəti mövsüm üçün razılıq əldə olunub, bu isə istehsalçının məhsul əkinini düzgün planlaşdırmasına kömək edir, satılmayan məhsulun israfının qarşısını alır.
VŞQ logistik əməliyyatların effektiv təşkili üçün ilkin mərhələdə kartof və soğanın qəbulu və saxlanılması məqsədilə Mingəçevir və Salyanda yerli saxlama məntəqələri yaradıb. 2023-cü ildə isə “Şəmkir Aqroparkı”nda Veysəloğlu Şirkətlər Qrupu üçün xüsusi məhsul qəbulu məntəqəsinin yaradılması həmin regiondakı kəndlinin işini asanlaşdırıb. Belə ki, artıq istehsalçının məhsulunu satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlməsinə ehtiyac yoxdur. Məhsullar “soyuq zəncir” standartları tətbiq edilməklə ölkə daxilindəki bütün “Araz” və “OBA” mağazalarına çatdırılır. Bununla da təbii məhsulları alıcılara həqiqətən münasib qiymətə təklif etməyə imkan yaranır. İstehlakçılar xüsusilə kartof, soğan, sarımsaq, kök, kələm, çuğundur, alma, şaftalı, gilas, gavalı və çiyələk növləri üzrə qiymət və yerli dad fərqini rahatlıqla anlaya bilərlər.
“Veysəloğlu Şirkətlər Qrupu istehlakçıları təbii meyvə-tərəvəzlə təmin etmək məqsədilə məhsulların birbaşa fermerlərdən alışını təşkil edir. Şirkətlər Qrupunun niyyəti müştəriləri mümkün uyğun qiymətə və təbii məhsullarla təmin etmək, həmçinin kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmaqdır. Biz bu prosesə sadəcə bir alış-veriş əməliyyatı olaraq yanaşmırıq. Burada beynəlxalq təcrübəni nəzərdən keçirir və öz işimizi ədalətli ticarət prinsiplərinə əsasən qurmağa çalışırıq. Fermerlərlə birbaşa ünsiyyət yaradır və həm biznesimiz, həm də istehsalçılar üçün əlverişli şərtlərlə əməkdaşlıq edirik. Bu fəaliyyətin nəticəsi olaraq, yerli fermerlər öz məhsullarını daha geniş satış şəbəkəsinə birbaşa təqdimetmə fürsəti əldə edirlər”,-deyə Qrupun Meyvə-tərəvəzin satın alınması üzrə rəhbəri Sərdar Ceylan vurğulayıb.
Öz məhsullarının Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” mağazalarında birbaşa satılmasını istəyən fermerlər +994559002424 nömrəsi ilə əlaqə saxlamağa dəvət olunur.
Veysəloğlu Şirkətlər Qrupu 29 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu 2022-2023-cü illərdə Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
3 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
-
3 saat əvvəl
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
3 saat əvvəl
Azərbaycanda “Broadband Mapping” və “E-Connection” platformaları istifadəyə veriləcək
-
3 saat əvvəl
Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib, İcra başçısı təyin edildi
-
4 saat əvvəl
Bank "Office 365" və "Microsoft Defender" lisenziyalarını yeniləyir - TENDER
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
























