Sərnişinlərin 50%-dən çoxunu AZAL daşıyıb
Cari ilin yanvar-iyun aylarının göstəricilərini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda ümumi sərnişin axını 1,5 dəfə artaraq 2 milyon 464 min nəfərdən çox həddə çatıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yaydığı məlumata görə, 2022-ci ilin 6 ayında bu göstərici 1 milyon 634 min nəfər təşkil edirdi.
Qeyd edək ki, daşınan bütün sərnişinlərin 49.82% beynəlxalq aviadaşıyıcıların payına düşür. Xarici aviaşirkətlər 1 milyon 236 mindən çox sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bu seqmentin 34% artımı deməkdir.
Sərnişin daşımalarının qalan hissəsi AZAL tərəfindən həyata keçirilib - 2023-cü ilin 6 ayında 1 milyon 227 min nəfərdən çox sərnişinə xidmət göstərilib. Ən çox sərnişin Bakıdan Naxçıvana və əks istiqamətdə daşınıb. Qeyd olunan dövr ərzində bu göstərici 300 min çox nəfər təşkil edib.
2023-cü ilin ilk 6 ayında 57 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin “Turkish Airlines”, “Utair”, “Aeroflot”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb. Sərnişinlər üçün əlçatanlığın və rahatlığın təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığın genişləndirilməsi hazırda da davam etdirilir.
Vurğulayaq ki, sərnişin axınının və xarici aviaşirkətlərin sayının artmasını nəzərə alaraq, cari ilin iyunun 20-dən etibarən Bakı hava limanının 2-ci Terminalı beynəlxalq reysləri bərpa edərək səyahətçilər üçün yeni imkanlar açır. Bu terminal aviaşirkətlərə, o cümlədən aşağıbüdcəli aviadaşıyıcılara Azərbaycana və Azərbaycandan istiqamətlərin sayını artırmaq üçün üstünlüklər təqdim edir.
Belə ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun hər iki terminalının fəaliyyəti, eləcə də ölkənin regional hava limanlarının fəaliyyətinin genişləndirilməsi daha da çox turist qəbul etməyə və Azərbaycanın aviasiya sektorunda rəqabət qabiliyyətini artırmağa imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























