Yeni rəis kollektivə təqdim olundu
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunan Mirsaleh Miradil oğlu Seyidov iyulun 11-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən kollektivə təqdim olunub.
F.Məmmədov ədliyyə sahəsində ictimai iştirakçılığın geniş tətbiqini qeyd edərək uzun illərdir Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın penitensiar müəssisələrə ictimai nəzarətin həyata keçirilməsində fəal iştirakını vurğulayıb.
Bu sahədə şəffaflığın artırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması ilə bağlı dövlət başçısının tələblərinin daim rəhbər tutulması, əməkdaşların məsuliyyət hissinin və tələbkarlığın yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl edilməsi, sui-istifadə və korrupsiyaya şərait yaradan digər halların qarşısının qətiyyətlə alınmasının vacibliyi bildirilib.
Nazir Xidmətin yeni rəisi M.Seyidovun uzun müddət bu sahədə peşəkar fəaliyyətini qeyd edərək qarşıda duran vəzifələri diqqətə çatdırıb, konkret tapşırıqlar verib.
Çıxış edən nazir müavini – Xidmətin rəisi M.Seyidov ölkə Prezidentinin göstərdiyi yüksək etimadı doğrultması, penitensiar sistemin fəaliyyətinin dövlət başçısının tələblərinə uyğun təkmilləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)








.jpg)






