"Sizin Lombard"ın sahibi maliyyə vəziyyətini açıqladı
"Sizin Lombard" şəbəkəsini idarə edən "GL" ASC 2022-ci ili 3 milyon 807 min manat vergidən əvvəlki mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 3 milyon 542 min manat mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "GL" ASC-nin mənfəəti 265 min manat və ya 7,5% artıb.
Marja.az xəbər verir ki, 2021-ci ilin sonunda ASC-nin kredit portfeli (müştrilərə verilmiş cəmi kreditlər) 30 milyon 590 min manat ikən, 2022-ci ilin sonunda 34 milyon 304 min manata çatıb. Ötən il ərzində şirkətin cəmi aktivləri isə 33 milyon 998 min manatdan 40 milyon 603 min manata yüksəlib.
Şirkət 2022-ci ilin sonunda 2 milyon 259 min manat cəmi kapitala malik olub.
KAPİTAL BAZARINDAN VƏSAİT CƏLB EDİR
Xəbər verdiyimiz kimi, "GL" ASC 1,5 milyon dollarlıq istiqraz buraxıb. Şirkət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 1500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar təklif edəcək. İstiqrazlar üzrə tədavül müddəti 5 il, illik faiz dərəcəsi 15%-dir. Yerləşdirmənin anderrayeteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir.
"GL" ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən hüquqi şəxsdir.
"GL" ASC-nin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
- 27 d. əvvəl
-
29 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Müharibənin ABŞ üçün xərci hesablanıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti





















