Taxıl sahələri yararsız hala düşüb
"Yarım saat yağan dolu bütün əkinimizi məhv etdi"Son günlər havaların qeyri-sabit keçməsi Cəlilabad rayonunun bir sıra kəndlərində biçilməmiş əkinləri yararsız hala salıb.
Dolu ilə müşayiət olunan yağış Cəlilabadın əsasən dağlıq ərazilərdə yerləşən kəndlərinə daha çox ziyan vurub. Rayonun Kövüzbulaq kəndində demək olar ki, əksər əkinlər yararsız hala düşüb. Aran bölgələri ilə müqayisədə taxıl zəmiləri burada gec yetişdiyi üçün sahələrdə biçinə hazırlıq gedirmiş.
Torpaq sahibi Əli Həsənov bildirir ki, onun da əkdiyi taxıl sahələri yararsız vəziyyətə düşüb. “Sanki bir bəla idi, gəldi getdi. Yarım saat yağan dolu bütün əkinimizi məhv etdi. Əkinimizi sığorta etdirmədiyimiz üçün kompensasiya da düşmür. Güclü dolu taxıl sahələri ilə yanaşı noxud, mərci sahələrimizi də yararsız hala salıb”.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı İlham Babayev də rayonda əkin shaələrinin yararsız hala düşdüyünü bildirib. “Bir neçə gün bundan qabaq Cəlilabadın dağ kəndlərində güclü küləklə müşayiət olunan dolu yağmışdır. Yağan dolu nəticəsində yetişmiş məhsullara ciddi ziyan dəyib. Yarasız hala düşən əkin sahələrinə baxış keçirdik. Təəssüflər olsun ki, fermerlər əkin sahələrini sığorta etdirməyiblər. Bu da təbii fəlakət zamanı dəymiş ziyanın ödənilməsini çətinləşdirir”, - deyə o qeyd edib.
Təkcə Kövüzbulaq kəndinin də daxil olduğu inzibati ərazi vahidliyinin tərkibində olan 3 kəndin 1000 hektara yaxın əkin sahəsi yararsız hala düşüb. Biçinə hazırlaşan kəndlilərin bəziləri təbii fəlakətdən sonra sahələri şumlatdırmaq qərarında gəliblər.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 37 d. əvvəl
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb


























