"Azərbaycan Dəmir Yolları"nın iki törəmə şirkətinin rəhbərliyi dəyişdirilib
"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Ekspress" MMC-nin direktoru Vüqar Mirqasımov və "ADY Konteyner" MMC-nin direktoru Natiq Cəfərov vəzifələrindən azad ediliblər. Qeyd edək ki, Natiq Cəfərov öz ərizəsilə vəzifəsini tərk edib.
Şirkətlərə rəhbərlik müvafiq olaraq Əkbər Mədətliyə və Rəşad Məcidova həvalə olunub.
Ə.Mədətli vaxtilə "Atəşgah Sığorta" ASC-nin İdarə Heyəti sədrinin I müavini işləyib, R.Məcidov isə bundan əvvəl “ADY Konteryner”in Biznesin inkişafı üzrə direktoru olub.
Xatırladaq ki, "ADY Ekspress" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 911 634 manatdır. "ADY Konteyner" isə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 000 830 manatdır.
Həmçinin əlavə edək ki, Natiq Cəfərov "Alliance Multimoldal" sirkətinin direktoru vəzifəsinə təyin olunub.
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 d. əvvəl
-
-
32 d. əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
35 d. əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 1 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
16 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb
İran qida məhsullarının ixracını qadağan edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!



























