"AccessBank"ın ən böyük səhmdarı Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlıdır
İyunun 20-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycanı təmsil edən icraçı direktor xanım Rachel Thompsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, o cümlədən bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr, Direktorlar Şurasında Azərbaycanın daha səmərəli şəkildə təmsilçiliyi barədə müzakirələr aparılıb.
Samir Şərifov ölkəmizin beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini, bankın ölkəmizə maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən Böyük Qayıdış proqramından danışan nazir Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda icra edilən infrastruktur layihələri, həmçinin həmin ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması, dəmir yolu xətlərinin çəkilməsinin ümumilikdə regionun tranzit mövqeyini daha da artıracağını bildirib.
Azərbaycana səfəri çərçivəsində müharibə və işğal dövründə ən çox zərər görən Ağdam şəhərində olduğunu və işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli bərpa və quruculuq işləri ilə yerində tanış olduğunu deyən xanım Rachel Thompson bu səfərin onda yaratdığı böyük təəssüratla Bankın Direktorlar Şurasında Azərbaycanın mövqeyini daha aydın şəkildə təmsil edəcəyini vurğulayıb. O, AİB-in Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirib, birgə təşəbbüslərin və layihələrin ölkədə sürətli inkişafı dəstəkləyəcəyini qeyd edib.
Qeyd edək ki, Asiya İnkişaf Bankı (Asian Development Bank) "AccessBank" QSC-də ən böyük paya malik səhmdardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 d. əvvəl
-
- 32 d. əvvəl
-
36 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb


























