"Neftçi TV"yə yayım lisenziyası verildi
"Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilib.14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir. İclasda bir sıra məsələlər müzakirə olunub.
İlk olaraq yeni lisenziyaların alınması üçün Şuraya təqdim olunan müraciətlər müzakirə olunmuşdur. Şuranın hüquq xidməti tərəfindən bu ilin aprel və may ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılmış və Şura üzvlərinin müzakirəsinə təqdim olunmuşdur.
Keçirilmiş müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunmuşdur.
Həmçinin, Şuranın müvafiq qərarları ilə "AzəriGlobalServis" QSC-yə (xidmət adı "AGS TV") və "A2Z Technologies" QSC-yə (xidmət adı "AzNet") universal platforma operatoru lisenziyaları verilmişdir.
Bundan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində radio və televiziya yayımının təmin olunması və inkişaf etdirilməsi məsələsinə baxılmışdır. Həmin bölgədə FM yerüstü radio yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə, habelə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən və "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndən Şuraya daxil olan müraciətləri nəzərə alaraq Laçın rayonu ərazisində yerləşən radio-televiziya yayım stansiyasından (RTYS) "Azərbaycan Radiosu" üçün 105.0 MHs, "İctimai Radio" üçün 90.0 MHs, Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" RTYS-dan "İctimai Radio" üçün 90.0 MHs radiotezliklərinin ayrılması barədə qərar qəbul olunmuşdur. Həmçinin, Laçın rayonu ərazisində yerləşən RTYS-dan ümumölkə televiziya kanallarının açıq yerüstü rəqəmsal yayımını həyata keçirmək üçün 27-ci TV yayım kanalı ayrılmışdır.
Daha sonra iclasda Bakı şəhəri ərazisində televiziya yayımı üçün radiotezliklərin səmərərli istifadəsi məsələsinə baxılmış, Dövlət Radiotezliklər İdarəsindən Şuraya daxil olan məlumatlar əsasında "Bakı Teleqüllə Kompleksi"ndən 33-cü və 36-cı TV yayım kanallarının boş və istifadəyə yararlı olması məsələsi müzakirə olunmuşdur. Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq həmin TV yayım kanallarının ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə verilməsi üçün müsabiqə elan etmək barədə qərar qəbul etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
3 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
4 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Fermerlər heyvanlarını daha çox sığortalayır: göstərici 2 dəfə yüksəlib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb
Bu bank nağd pul kreditləri üzrə faiz dərəcələrini aşağı saldı
İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib





















