Gəncə Avtomobil Zavodu İtalyanın SDF qrupu ilə uzunmüddətli strateji əməkdaşlıq müqaviləsi imzaladı
Müqavilə Gəncə avtomobil zavoduna burada yığılan texnikaların Azərbaycan bazarı ilə yanaşı üçüncü ölkələrə də satmaq hüququ da verəcək.Gəncə Avtomobil Zavodu İsteslalat Birliyinin rəhbərliyi Avropada, həm də dünyanın kənd təsərrüfatı bazarında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlıq xüsusiyyətləri ilə seçilən traktorlarların istehsalçısı olan İtaliyanın SDF groupunda rəsmi səfərdə olub.
Müəssisənin mətbuat xidmətindən Marja-ya verilən məlumata görə birliyin müşahidə şurasının sədri Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Treviglio şəhərində SDF groupunda texnikalarla, onların keyfiyyəti və yığım şəraitinə baxıb.
İtalyan şirkətinin rəhbərliyi ilə keçirilən ikitərəfli görüş zamanı uzun müddətli strateji əməkdaşlıq şərtləri müzakirə edilib. Söhbət zamanı qeyd olunub ki, SDF qrupun istehsal etdiyi kənd təsərrüfatı texnikalarına Azərbaycanda olan marağı nəzərə alaraq Gəncədə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə Gəncə müəssisəsi DEUTZ-FAHR 4100 W, 6205 g və 115 G AGROFARM modellərinin yığımını həyata keçirəcək.
SFD qrupun ofisində bağlanan uzunmüddətli strateji əməkdaşlıq müqaviləsini Gəncə avtomobil zavodu İB-nin müşahidə şürasının sədri Xanlar Fətiyev və İtalyanın SDF qrupunun kommersiya direktoru Alessandro Maritano imzalayıb. Müqavilə Gəncə avtomobil zavoduna burada yığılan texnikaların Azərbaycan bazarı ilə yanaşı üçüncü ölkələrə də satmaq hüququ da verəcək:
“Gəncə avtomobil zavodu İB-i artıq uzun müddətdir ki, avtomobillərin və kənd təsərrüfatı texnikalarının yığımı sahəsində yetərincə ixtisaslaşmış müəssisədir. Zavodun həm texniki şəraiti, həm də işçi potensialı istənilən model texnikanın yığımını həyata keçirməyə imkan verir. SDF qrupun müxtəlif modifikasiyalarda olan DEUTZ-FAHR traktorları da hesab edirəm ki, müəssisəmizdə çox yüksək səviyyədə yığılacaq və Azərbaycan bazarında böyük marağa səbəb olacaq. Hələlik ilkin mərhələdə 3 modelin yığılması nəzərdə tutulur. Lakin gələcəkdə bazarın tələbinə uyğun olaraq DEUTZ-FAHR-ın müxtəlif model traktorlarını da yığmağı planlaşdırırıq”, - deyə Xanlar Fətiyev əlavə edib.
Məlumat üçün bildirək ki, 2004-cü ildən fəaliyyətə başlayan Gəncə avtomobil zavodu 2007-ci ildən bəri müəssisədə 15 000-ə yaxın müxtəlif modeldə və modifikasiyada traktorlar və digər kənd təsərrüfatı texnikaları yığaraq təhvil verilib. Bu müddətdə zavodda 5000-dən yuxarı müxtəlif markalı və müxtəlif modeldə yük avtomobilləri yığılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















