“İcazə” blanklarının alınması üçün onlayn müraciət xidməti istifadəyə verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində “İcazə” blanklarının sifarişi prosesinin sadələşdirilməsi məqsədilə elektron xidmət istifadəyə verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “AYNA” informasiya sisteminin komponentlərindən olan “İcazə” blanklarının idarə edilməsi sistemi daşıyıcılara verilən “İcazə” blankları, sifariş olunan “İcazə” blankları, həmçinin onların istifadəsi haqqında məlumatların müvafiq informasiya ehtiyatında toplanmasını təmin edir.
Məqsəd daşıyıcıların və sürücülərin rahatlığını təmin etmək, fiziki təmasları minimuma endirməkdir.
Elektron xidmətdən müvafiq portala daxil olaraq yararlanmaq mümkündür. Sistem vasitəsilə daşıyıcılar gücləndirilmiş elektron imza ilə özlərinin elektron kabinetlərində nəqliyyat vasitələrinə və icazələrə dair məlumatları görə və sistem üzərindən sifarişlərini edə bilərlər.
Daşıyıcıların xidmətdən rahat istifadə edə bilmələri üçün AYNA tərəfindən təlimat videosu hazırlanıb və istifadə qaydaları haqqında təlim keçirilib.
Elektron xidmət avtomobil nəqliyyatı vasitələri ilə yük daşımalarını həyata keçirən daşıyıcıların vaxtına qənaət edilməsinə, hesabatlılığın dəqiq və şəffaf aparılmasına, bu istiqamətdə səmərəliliyin artırılmasına və sahənin inkişafına töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















