Gəncədə alman traktorları yığılacaq
Gəncə avtomobil zavodu İstehsalat Birliyində növbəti yeni səhifə açılır.
Marja xəbər verir ki, müəsisə bu gün həm Avropada, həm də dünyanın kənd təsərrüfatı bazarında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlıq xüsusiyyətləri ilə seçilən traktorlarların istehsalçısı olan İtaliyanın SDF groupu ilə əməkdaşlıq müqaviləsi bağlayıb.
Birliyin mətbuat xidmətinin məlumatına görə ilkin mərhələdə alman modelləri olan DEUTZ-FAHR 4100 W, 6205 g və 115 G AGROFARM modellərinin Azərbaycanda yığılması üçün ilkin razılıq əldə edilib.
Müqavilənin şərtlərinə görə Gəncə avtomobil zavodunun İtaliyanın SDF groupu ilə iki tərəfli əməkdaşlıq çərçivəsində yığılacaq traktorların model sırasını gələcəkdə denişləndirməyi nəzərdə tutur.
Yeni model traktorların təqdimat mərasimində Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə şurasının sədri Xanlar Fətiyev, İtaliyanın SDF qrupunun beynəlxalq regional direktoru Umberto Miceli, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmi qonaqlar iştirak edib.
Müqaviləni Gəncə avtomovil zavodu İB-nin direktoru Bağban Nəbiyev və İtaliyanın SDF qrupunun beynəlxalq regional direktoru Umberto Miceli inzalayıblar.
Birliyin serviz və marketinq şöbəsinin apardığı araşdırmalara görə keyfiyyəti ilə seçilən alman traktorlarına Azərbaycan bazarında tələbatın olduğunu nəzərə alaraq Gəncə avtomobil zavodu İstehsalat Birliyi il ərzində ilkin mərhələdə 300-ə yaxın traktorun yığılmasını planlaşdırır.
Məlumat üçün bildirək ki, 2004-cü ildən fəaliyyətə başlayan Gəncə avtomobil zavodu 2007-ci ildən bəri müəssisədə 15 000-ə yaxın müxtəlif modeldə və modifikasiyada traktorlar və digər kənd təsərrüfatı texnikaları yığaraq təhvil verilib. Bu müddətdə zavodudda 5000-dən yuxarı müxtəlif markalı və müxtəlif modeldə yük avtomobilləri yığılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)














.jpg)

