Qızılın ucuzlaşması davam edə bilər
Dünən Avrozonada proqnozların üzərində, İngiltərədə isə ehtimallara uyğun açıqlanan inflyasiya göstəriciləri fonunda EUR/USD və GBP/USD məzənələrində qiymətlərin bahalaşdığı müşahidə olunsa da, ABŞ-da iqtisadiyyata dair müsbət siqnallar və şirkətlərin maliyyə hesabatları dolların qiymətlərinə dəstək oldu. Nəticədə günün sonuna doğru avro və funt dollar qarşısındakı qazanclarını geri verdi.
Digər tərəfdən, ABŞ Federal Ehtiyatlar Sisteminin “Bej Kitab” Hesabatı, ümumi iqtisadi aktivliyin son həftələrdə "çox az" dəyişdiyini və artım gözləntilərinin böyük ölçüdə dəyişmədiyini ortaya qoydu.
Hesabatda qeyd olunur ki, məşğulluğun artımı bir qədər səngiyib, lakin əməkhaqqı müəyyən qədər mülayimlik nümayiş etdirsə də, yüksək olaraq qalır. Ümumilikdə qiymət səviyyələrinin orta səviyyədə artdığı bildirilən hesabatda qiymət artımının sürətinin azaldığının izlənildiyi vurğulanıb.
Bu da dünən Amerika sessiyasında dolların yenidən qüvvətlənməsinə dəstək oldu.
DXY-ın yüksəlməsi fonunda qızılda eniş tendensiyası bir qədər dərinləşib. Çərşənbə günü 1967$-a kimi ucuzlaşan qızıl buradan dəstək alaraq bir qədər bahalaşıb. Hazırda 1993$-dan təklif edilən qiymətli metalda “ayılar” qiyməti 2000$-ın altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər. Dünənin minimum həddi - 1967$ səviyyəsi qırılarsa, qızılın bir unsiya üzrə qiyməti 1952$-a kimi ucuzlaşa bilər.
Məlumat İnvestAz İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)







