Kritik məlumatlar pis çıxdı - DOLLAR UCUZLAŞIR
ABŞ-da istehlakçı qiymətləri İyun ayında çox dəyişməyərək inflyasiyanın Fed-in hədəfinə gözləniləndən daha uzun müddətdə çatacağına işarə edib. İnflyasiya sürətlənmədiyi üçün Fed faiz artırmaqda tələsməyəcəkdir, bu da dolları ucuzlaşdırır.
"Marja" xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, inflyasiya İyunda aylıq dəyişməyib, illik müqayisədə 1.6% artıb. İllik artım Oktyabrdan bəri görülən ən aşağı artım olub. İnflyasiya keçən ay illik1.9% artmışdı.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Proqnoz aylıq 0.1%, illik 1.7% artım olacağı istiqamətində idi. Baza inflyasiya aylıq 0.1% ilə 0.2%-lik proqnozdan qaldı. İllik müqayisədə isə %1.7 artıb.
Enerji qiymətləri əvvəlki aya nisbətən 1.6% düşüb. Ərzaq xərcləri çox dəyişməyib.
Bugünkü məlumat, inflyasiyanın daha uzun bir müddət ərzində Fed-in hədəfindən (2%) aşağı qalmaqda davam edəcəyi siqnalını verib.
Məlumatın açıqlanmasında sonra Dollar ucuzlaşıb. Bakı vaxtı ilə saat 16:50-yə olan məlumata görə, Avro/Dollar məzənnəsi yenidən 1.1455 səviyyəsinə qalxıb.
PƏRAKƏNDƏ SATIŞLAR DA AZALIB
ABŞ-da pərakəndə satışlar İyun ayında sürpriz şəkildə geriləyib. Ticarət Nazirliyinin məlumatlarına görə, İyunda pərakəndə satışlar 0.2% azalıb.
Gözlənti 0.1% artım olacağı istiqamətində idi. Avtomobil xaric pərakəndə satışlar bu dövrdə gözlənildiyi kimi 0.2% azalıb.
SEMİNARA QATIL, PUL QAZANMAQ SƏNƏTİNİ ÖYRƏN VƏ QAZAN
Proqnozdan aşağı qalan pərakəndə satışlar, istehlakçıların iqtisadiyyata yalnız mülayim töhfə verdiyini göstərib. Göstəricilər, ABŞ-da əhalinin 2-ci rübdə iqtisadiyyata çox kömək etməyəcəyinə işarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























.jpg)
