Azərbaycanın bank bazarı 3 əldə cəmləşir
Azərbaycan bank sistemində təmərküzləşmə səviyyəsində (bir, yaxud bir neçə əldə cəmlənməsi) artım tendensiyası müşahidə edilir.
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə Sabitliyi hesabatında bildirilir.
Qeyd edilib ki, beynəlxalq təcrübədə geniş istifadə olunan HHI indeksi son illər aktiv və depozitlər üzrə təmərküzləşmədə artım, kreditlər üzrə isə azalma müşahidə edildiyini göstərir. Bununla belə, 2022-ci ilin sonu üzrə bank sektorunda təmərküzləşmə aktivlər və depozitlər üzrə orta (müvafiq olaraq 1584 və 1819) və kredit portfeli üzrə isə aşağı (982) səviyyədə olmuşdur.
Ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası son illərdə təmərküzləşmənin artdığını göstərir. Belə ki, 2019-cu il ilə müqayisədə ən böyük 3 bankın aktivlər üzrə bazar payı 9 faiz bəndi artaraq 65%, depozit portfeli üzrə bazar payı 13 faiz bəndi artaraq 70%, kredit portfeli üzrə bazar payı isə 8 faiz bəndi artaraq 48% olmuşdur. Son 3 ildə bank sektoru üzrə təmərküzləşmənin artımı diqqətdə saxlanılır.
Qeyd edilib ki, sektorda mənfəətlə işləyən bankların sayının artmasına baxmayaraq mənfəətliyin təmərküzləşməsi müşahidə olunur. Sektorun xalis mənfəətinin 78%-i aktivlərin 65%-i özündə cəmləşdirən 3 bankda təmərküzləşmişdir.
Məlumat üçün bildirək ki, HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (1500<2500), yüksək səviyyədə təmərküzləşmiş bazarlar (HHİ>2500). HHİ-in dəyəri 0-10000 arasında dəyişir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 40 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























