Azərbaycan "Hell" enerji içkilərinin istehsalına investisiya yatırır - MÜQAVİLƏ İMZALANDI
“Hell Energy” içkiləri Ələtdə doldurulacaq“Hell Energy” şirkəti Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması üzrə layihəni həyata keçirəcək.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Marja xəbər verir ki, sənədə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması layihəsi həyata keçiriləcək. Layihə üzrə Ələt Azad İqtisadi Zonasında inşası nəzərdə tutulan zavodda ilkin olaraq illik 300-400 milyon ədəd alüminium içki qutularının istehsalı və doldurulması nəzərdə tutulub.
Layihənin həyata keçirilməsi ölkəyə xarici investisiyaların cəlb edilməsinə, texnoloji baxımdan qabaqcıl təcrübənin əldə olunmasına, idxalın əvəz edilməsinə və hazır məhsulun digər ölkələrə ixrac potensialının artırılmasına töhfə verəcəkdir.
Qeyd edək ki, Macarıstanın 2006-cı ildə əsası qoyulmuş “Hell Energy” şirkətinin məhsulları dünyanın 50-dən çox ölkəsində istehlakçılara təklif olunur. Şirkət içki qutularının istehsalı və doldurulması üzrə də müasir zavodlara malikdir.
XXX
"Azərbaycan və Macarıstan arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi davam edir".
Marja.az-ın məlumatına görə, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, dövlətə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Macarıstanın "Hell Energy" şirkəti arasında investisiya müqaviləsi imzalanıb.
"İmzalanmış investisiya müqaviləsi ölkələrimizin biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətli addımdır",- nazir bildirib.
"Hell Enerji" Macarıstanın enerji içkiləri markasıdır.
HELL ENERGY dünyada sürətlə böyüyən brendlərindən biridir. 100 faiz Macarıstan enerji içkisi brendi 2006-cı ildə yaradılmış və 2010-cu ilə qədər Macarıstanda bazar lideri olmuşdur. Hazırda brendin məhsulları 50-dən çox ölkəyə ixrac olunur.
HELL ENERGY-nin uğurunun "onun keyfiyyəti, münasib qiyməti, geniş əlçatanlığı və dünya səviyyəli marketinq kommunikasiyası fəaliyyəti ilə" bağlı olduğu bildirilir. Şirkət enerji içkiləri sektorunda mühüm oyunçudur, özünün modern doldurma zavoduna və içki taraları zavoduna sahibdir.
"Azərbaycan İnvestisiya Şirkəti" ASC Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur. Şirkət Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in məqsədi Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır. Şirkətin nizamnamə kapitalı 267 milyon manat təşkil edir.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 saat sonra
-
6 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 7 saat əvvəl
-
9 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi


















