Adidas-ın xalis mənfəəti 2022-ci ildə 3,5 dəfə azalıb
Adidas-ın xalis mənfəəti 2022-ci ildə 3,5 dəfə azalaraq 612 milyon avroya düşübDünyanın ən böyük idman geyimi və aksesuarları istehsalçılarından biri olan Almaniyanın "Adidas AG" şirkətinin səhmdarlarına aid olan xalis mənfəəti 2021-ci illə müqayisədə ötən il 3,5 dəfə azalaraq 612 milyon avroya düşüb.
Marja xəbər verir ki, bu, şirkətin press-relizində deyilir.
Səhmbaşına mənfəət 2021-ci ildəki 10,9 avrodan 3,34 avroya qədər azalıb.
Ötən il Şirkətin gəlirləri 6% artaraq 22 milyard 511 milyon avro təşkil edib.
Dördüncü rübdə şirkət 512 milyon avro xalis zərərlə üzləşib (2021-ci ilin dördüncü rübündə 202 milyon avro mənfəət əldə etmişdi). Dördüncü rübdə şirkətin gəlirləri 1,3% artaraq 5 milyard 205 milyon avro təşkil edib.
2023-cü ildə, Adidas, məzənnə fərqləri nəzərə alınmadan gəlirlərinin 7-9% azalacağını proqnozlaşdırır.
1924-cü ildə Adolf Dassler tərəfindən əsası qoyulan Adidas AG idman ayaqqabıları, geyimləri və avadanlıqları istehsalında dünya liderlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın














.jpg)










