Gəncədə süd, ət və yumurta istehsalı azalıb
2022-ci ilin yanvar-dekabr aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya daxil olan məlumata görə, 2022-ci ilin məhsulu üçün şəhər üzrə 61,2 hektar kənd təsərrüfatı bitkiləri əkilmişdir və bunun 29,0 hektarını dənlilər və dənli paxlalı bitkilər, 32,2 hektarını tərəvəz bitkiləri təşkil etmişdir. Dənlilər və dənli paxlalı bitkilərin əkin sahəsi payızlıq arpanın əkin sahəsindən ibarət olmuş, tərəvəz bitkilərinin əkin sahəsini isə göy bitkilərin (nanə, tərxun, keşniş, şüyüd və sair) əkin sahələri təşkil etmişdir. 2021-ci ilə nisbətən kənd təsərrüfatı bitkilərinin əkin sahəsi dəyişməz qalmışdır.
2022-ci ildə 64,0 ton və ya 2021-ci ilə nisbətən 11,5 ton çox arpa, 112,6 ton və ya 2021-ci ilə nisbətən 9,2 ton çox tərəvəz toplanmışdır.
2022-ci ildə şəhər üzrə müvcud 307,5 hektar bar verən yaşda meyvə və giləmeyvə bağlarından 864,6 ton məhsul, 127,2 hektar üzüm bağlarından isə 532,9 ton məhsul yığılmış, 2021-ci ilə nisbətən meyvə və giləmeyvə istehsallı 48,3 ton, üzüm istehsalı 69,4 ton artmışdır.
2022-ci ildə heyvandarlıq bölməsində diri çəkidə 66,5 ton ət, 402,9 ton süd, 408 min ədəd yumurta, 2,8 ton yun istehsal edilmiş, 2021-ci ilə nisbətən ət istehsalı 4,0 ton, süd istehsalı 186,3 ton, yumurta istehsalı 205 min ədəd azalmış, yun istehsalı isə 0,2 ton faiz artmışdır.
2023-cü ilin yanvar ayının 1-nə şəhərdə 850 baş iribuynuzlu mal-qara (ondan 337 baş inək və camış), 1320 baş qoyun və keçi mövcud olmuşdur.
2022-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyon 459,6 min manat olmuş, ondan 2 milyon 812,1 min manatını bitkiçilik məhsulları, 647,5 min manatını isə heyvandarlıq məhsulları təşkil etmişdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı









.png)















