Fondlara bağışlanan əmlaklar üzrə vergi güzəştləri verilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü il üçün Vergi Məcəlləsində dəyişikliklərin bəzi əsas istiqamətləri və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir. Bu gün dövlətə, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara bağışlanan əmlaklar üzrə vergi güzəştləri ilə bağlı edilmiş dəyişikliklərin şərhini Dövlət Vergi Xidmətinin əməkdaşı Azər Mustafayev diqqətinizə təqdim edir:
Dövlətə, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara bağışlanan əmlaklar üzrə vergi güzəştləri verilib
Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdən biri hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlakla yanaşı, daşınar əmlakın və qeyri-maddi aktivlərin də dövlət orqanlarına və qurumlarına, habelə siyahısı ölkə Prezidenti tərəfindən təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verildiyi zaman güzəştlərin müəyyən edilməsi ilə bağlıdır. Məcəllədə edilmiş dəyişikliyə əsasən, bu hallar mənfəət və gəlir vergisi, həmçinin ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyat sayılmayacaq, eyni zamanda bu əmlaklara görə ödənilmiş ƏDV məbləği əvəzləşdiriləcəkdir.
Məlum olduğu kimi, 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsində dəyişikliyə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlak, habelə əmlak kompleksi şəklində müəssisələr dövlət orqanlarına və qurumlarına əvəzsiz olaraq verildikdə vergitutma məqsədləri üçün gəlir və ya zərər nəzərə alınmır və belə əməliyyatlara görə ƏDV hesablanmır.
Nəzərə alınmalıdır ki, hüquqi və fiziki şəxslər daşınmaz əmlakla yanaşı, özlərinə məxsus daşınar əmlakları və qeyri-maddi aktivləri də sosial korporativ məsuliyyət çərçivəsində dövlət orqanlarına və qurumlarına bağışlayırlar. Eyni zamanda, bu cür əmlaklar dövlət orqanları ilə yanaşı, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara da bağışlana bilər.
Lakin sözügedən əməliyyatların vergidən azad olunması qanunvericilikdə nəzərdə tutulmadığı üçün belə əməliyyatlar zamanı gəlir əldə edilməsə də, bağışlanmanı həyata keçirən şəxslərin vergi öhdəliyi yaranırdı. Cari ildən qüvvəyə minmiş dəyişikliklərlə bu cür əməliyyatlar üzrə vergi yükünün yaranmaması üçün hüquqi və fiziki şəxslər tərəfindən daşınar əmlakların və qeyri-maddi aktivlərin dövlətə, eyni zamanda siyahısı ölkə başçısı tərəfindən təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara bağışlanması vergiyə cəlb olunmayacaq. Eyni zamanda, Vergi Məcəlləsinə əsasən, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər və xidmətlər) alınarkən ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.
Belə olduğu təqdirdə, vergi ödəyiciləri tərəfindən dövlət orqanlarına və qurumlarına, o cümlədən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilən daşınar və daşınmaz əmlak, habelə qeyri-maddi aktivlər üçün ƏDV ödənilib əvəzləşdirilmişdirsə, həmin ƏDV yenidən bərpa edilməklə büdcəyə ödənilməlidir ki, bu da əmlakı bağışlayan şəxslər üçün əlavə vergi yükü yaradır. Bu baxımdan, Vergi Məcəlləsində dəyişiklik edilməklə qeyd olunan əməliyyatlar zamanı əmlakı bağışlayan şəxslərə həmin əmlak üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi imkanı verilir.
Əlavə olaraq qeyd edək ki, dəyişiklik ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara münasibətdə 2022-ci il yanvarın 1-dən tətbiq olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
12 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
13 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
13 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
14 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar











.jpg)







