Azərbaycan şirkəti Rumıniya və Moldovaya şüşə tara ixrac edib
Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "Glassica" MMC Rumıniya və Moldovaya 250 mindən çox şüşə tara ixrac edib.
Bunu jurnalistlərə açıqlamasında şirkətin koorporativ direktoru Emil Əsgərov bildirib.
"Fəaliyyətə başladığımızdan keçən ay yarım ərzində təxminən 3 milyon ədəd şüşə tara istehsal etmişik. Bunun da 250 mindən çoxu ixrac edilib, qalanı isə daxili tələbatı ödəmək üçün istifadə edilib. Rumıniya və Moldova ilə yanaşı Gürcüstan, Fransa və İtaliyaya ixracla bağlı danışıqlar aparırıq, müqavilə bağlamaq üzrəyik", - deyə o qeyd edib.
"Glassica" rəsmisi qeyd edib ki, müəssisə gündəlik 100-150 şüşə tara istehsal etmək gücündədir: "Zavod tam gücü ilə işləsə daxili tələbatın 30-40 %-ni ödəyə bilər. Mart ayında ikinci zavodun tikintisinə başlanılacaq və 14 aya proses yekunlaşdırılacaq. Həmin müəssisə hazırkından 3-4 dəfə çox istehsal gücünə malik olacaq, Onun investisiya dəyəri isə 60 milyon manat təşkil edəcək. İndiki zavodun investisiya dəyəri 25 milyon manatdır".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























