Bugünkü valyuta hərracında da banklar dollar sifariş etmədilər
Banklar ardıcıl ikinci dəfədir hərracda dollar almırlar.26 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilmişdir.
Marja.az Mərkəzi Banka istinadən xəbər veri ki, hərracda banklar tərəfindən sifariş təqdim edilməmişdir.
24 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracında da banklar tərəfindən sifariş təqdim edilməmişdi.
19 yanvar 2023-cü il tarixində keçirilmiş valyuta hərracında bankların sifarişləri 1,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
Ehtimal olunur ki, Rusiyadan Azərbaycana pul köçürmələri və əhalinin satışları artdığından banklar əhalidən kifayət qədər məbləğdə xarici valyuta aldıqları üçün hərracda valyuta sifariş etməyə maraq göstərmirlər. Ötən il Mərkəzi Bank əksər hərraclarda təklifin tələbi üstələdiyini, eyni zamanda, bankların nağd valyuta alışının satışı üstələdiyini bildirmişdi.
2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 7 valyuta hərracında banklara cəmi 159,1 milyon dollar satılıb. Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
4 d. əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
İyunun 9-da gözlənilən hava şəraiti
Təbriz küçəsi də yenilənir
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Ən çox oxunanlar
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək
“BOA Agency”də 2026-cı ilin ilk yarısının nəticələri və dividend məsələsi müzakirə ediləcək
“Aztelekom” 500 Mbit/s və daha yüksəksürətli internet xidmətlərinin təqdim olunması üçün işlər görür
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib























