Azərbaycanda uçotda olan vergi ödəyicisinin sayı 1.4 milyonu keçib
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,8 faizi MMC-dir.Dövlət Vergi Xidməti hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində 2022-ci il ərzində görülmüş işlər barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, 2023-cü ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.400.824 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2021-ci il ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz (ümumi artımın 77,5 faizi), hüquqi şəxslərin sayı 9,6 faiz (ümumi artımın 22,5 faizi) artıb. Kommersiya qurumlarının sayında 10,5 faiz artım qeydə alınıb.
2022-ci ildə 15.795 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci il ilə müqayisədə 33,4 faiz çoxdur. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 72,8 faizi elektron qaydada, 27,2 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.
2023-cü ilin yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,8 faizi MMC, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb.
Qeydiyyatda olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 30.620 olub ki, bu da ötən ilə nisbətən 14,4 faiz çoxdur. Kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,4 faiz artaraq 46.701 vahid təşkil edib.
2022-ci ildə qeydiyyatdan keçmiş kommersiya qurumlarından 77,6 faizi yerli, 22,4 faizi xarici investisiyalı qurumlardır. Əvvəlki illə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14,2 faiz artıb.
Ötən il 9.001 hüquqi şəxsin fəaliyyəti bərpa edilib ki, bu da 2021-ci illə müqayisədə 23,4 faiz çoxdur. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 24 faiz artıb.
2022-ci ildə kommersiya qurumlarının 72,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 94,7 faiz olub.
Yeni qeydiyyat üsulu ilə (fin kod + mobil nömrə) 1.848 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da 2021-ci illə müqayisədə 32 vahid çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,7 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,2 faiz təşkil edib.
Ümumiyyətlə, 2022-ci ildə icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,9 faizi Asan imza vasitəsilə imzalanmaqla təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















