Qətər İngiltərənin 3 böyük futbol klubunun səhmlərini almağı planlaşdırır
Dünyanın ən bahalı dünya çempionatı tədbirinə ev sahibliyi edən Qətər İngiltər ən böyük futbol klubları olan "Manchester United", "Liverpool" və "Tottenham"ın səhmlərini almağı planlaşdırır.
Marja xəbər verir ki, "Bloomberg"ə danışan məsələyə yaxın mənbənin bildirdiyinə görə, "Qatar Sports Investments" (QSI) şirkətinin sədri Nasser Al-Khelaifi bu yaxınlarda "Tottenham Hotspur"un sədri Daniel Levi ilə səhm alışı ilə bağlı danışıqlar aparıb.
Mənbə "Bloomberg"ə bildirib ki, həmçinin QSI "Manchester United" və ya "Liverpul"da nəzarət paketini və ya müəyyən hissəsini almağı düşünür.
Dünya çempionatı üçün 10 ildə 200 milyard dollar xərcləyib
QSI, ölkənin uğurlu Dünya Kuboku tədbirinə ev sahibliyi etdikdən sonra İngiltərə Premyer Liqasına (Premier Lig) sərmayə qoymağı düşünmək qərarına gəlib.
Nəzarət və ya azlıq payların potensial əldə edilməsi Qətərin idman aktivlərindəki mövqeyini gücləndirəcək.
Qətər son 10 ildə dünya çempionatı üçün ölkədə infrastrukturun inkişafına 200 milyard dollar xərcləyib. Fransa klubu "Paris St. Germain"ə nəzarət edən Qətərin Portuqaliyanın "SC Braga" klubunda da payı var. Qətər, idman yönümlü media şirkəti "beIN Media Group"un böyüməsi istiqamətində də addımlar atır.
Amerikalı Qleyzer ailəsi (Glazer) bir müddətdir "Manchester United" üçün investor axtarır, klubu satışa hazırlayır. "Liverpool FC" də satış imkanlarını qiymətləndirir.
Londonda 60.000 nəfərlik yeni stadion tikən "Tottenham", "Football Benchmark"a görə 2 milyard avrodan bir qədər az qiymətləndirilir. "Chelsea FC" keçən il ABŞ konsorsiumuna 2,5 milyard funta satılıb.
QSI-nin Premyer Liqanın digər klubları ilə danışıqlar aparıb-aparmadığı hələlik bəlli deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)









.jpg)


