180 kilometr uzunluğunda sintetik torlar su hövzələrindən yığışdırılaraq zərərsizləşdirilib
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə son həftə keçirilmiş nəzarət tədbirləri nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və ölkənin daxili su hövzələrində (su anbarları, çaylar, kanallar, kollektorlar və s.) istifadəsi qanunla qadağan edilmiş 4752 metr uzunluğunda 86 ədəd sintetik tor və çoxsaylı balıq ovu alətləri aşkar edilərək yığışdırılıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, 2020-2022-ci illər ərzində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi tərəfindən birgə aparılmış nəzarət tədbirləri nəticəsində qanun pozucuları barəsində ümumilikdə 1343 ədəd akt, 715 ədəd “İnzibati xəta haqqında Protokol” tərtib olunub, 760 min manat cərimə və təbiətə dəymiş ziyan tətbiq edilib, eyni zamanda 180 min metr uzunluğunda 3100 ədəd sintetik tor su hövzələrindən yığışdırılaraq zərərsizləşdirilib:
"Xidmət tərəfindən 2022-ci il ərzində balıq və digər su bioresurslarının qanunsuz ovu ilə əlaqədar keçirilmiş nəzarət tədbirləri nəticəsində 363 ədəd akt və 226 ədəd “İnzibati xəta haqqında Protokol” tərtib edilib, 159100 manat cərimə tətbiq olunub, təbiətə dəymiş ziyanın məbləği 22570,35 manat müəyyən edilmişdir. 33 iş tədbir görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmiş, 117 iş icra şöbələrinə, 40 iş isə məhkəmələrə göndərilmişdir. Reydlər zamanı Xəzər dənizində və ölkənin daxili su hövzələrində 41759 metr uzunluğunda 817 ədəd sintetik tor və qanunsuz ovlanmış 1378 ədəd balıq aşkar edilərək götürülüb. 2021-ci il ərzində balıq və digər su bioresurslarının qanunsuz ovu ilə əlaqədar keçirilmiş nəzarət tədbirləri nəticəsində 338 ədəd akt və 202 ədəd inzibati xəta haqqında protokol tərtib edilib, 148300,00 manat cərimə tətbiq olunub, təbiətə dəymiş ziyanın məbləği 37520,6 manat müəyyən edilib. 75 iş tədbir görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmiş 69 iş icra və probasiya şöbələrinə, 17 iş isə məhkəmələrə göndərilib. Reydlər zamanı Xəzər dənizində və ölkənin daxili su hövzələrində 23 ədəd qayıq, 47334 metr uzunluğunda 982 ədəd sintetik tor, 144 ədəd ventir 190 ədəd səbət və qanunsuz ovlanmış 2461 ədəd balıq aşkar edilərək götürülülüb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)

