Türk iş adamı Gəncədə tekstil məhsulları, qranit tavalar və qazanlar istehsalına başladı
“Gəncə”-nin parlayan yeni ulduzu – “Galaksi”(®) Bu gün Gəncə şəhərində “Gəncə inşaat və avtomobil bazarı” MMC-nin ərazisində Türk iş adamı Qiyas Akkurtun rəhbəri olduğu “Galaksi” şirkətinin açılış mərasimi baş tutub.
Açılış nitqi ilə Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, müavini Səməd Tomuyev, “Gəncə inşaat və avtomobil bazarı” MMC-nin direktoru Şahin Qarayev çıxış ediblər. Onlar müəssisənin fəaliyyətinin Gəncə və ətraf ərazilərin iqtisadi inkişafında xüsusi yeri olacağını vurğulayıblar.
Daha sonra, “Galaksi” şirkətinin rəhbəri Qiyas Akkurt çıxış edib.
Açılışda YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, Türkiyə Cumhuriyyətinin Gəncə şəhər konsulluğunun nümayəndələri, Gəncə regional KOB evinin nümayəndələri, İqtisadiyyat nazirliyinin nümayəndələri və digər iş adamları iştirak ediblər.
Burada şrkətin iki istehsal sahəsi üzrə fəaliyyəti olacaqdır. Birinci sahə “Galaksi Tekstil” ev tekstil məhsulları istehsalı fabriki, ikinci sahə isə “Galaksi Shaika” Qranit tava və qazan dəstləri istehsalı zavodudur. “Galaksi” şirkətinin bu istehsal sahələri, ev tekstili məhsulları istehsalı sahəsində Gəndə-Qazax iqtisadi zonasında ilk, qranit qazan və tava istehsalı sahəsində isə, Azərbaycanda ilk belə bir istehsal sahəsidir. Hər fabrikdə 100 nəfərdən çox işçi heyəti çalışır. Bu da regional sosial-iqtisadi inkişafa öz töhfəsini verəcəkdir. “Galaksi Tekstil” fabrikinin aylıq istehsal gücü 5000 dəst təşkil edir. Burada yorğan, döşək, və onların üzlüklərinin hər birindən 5 ədəd olmaqla dəst istehsalı nəzərdə tutulur.
“Galaksi Shaika” qranit fabrikinin də istehsal gücü aylıq 5000 dəst təşkil edir. Burada da, müxtəlif ölçülərdə və həcmdə qranit tavalar, qazanlar istehsalı həyata keçirilir. Qiyas Akkurt vurğulayıb ki, bu iki istiqamət üzrə fəaliyyətin gələn il üçün daha da inkişaf etdirilməsi planlaşdırılır. Bunun üçün “Gəncə inşaat və avtomobil bazarı” MMC-də böyük şərait vardır. Bu kompleksdə digər sahibkarların da, fəaliyyət göstərməsi üçün münbit şərait mövcuddur.
Qeyd edək ki, “Galaksi” şirkəti ölkəmizdə 20 ildən çoxdur ki, fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 7 d. əvvəl
- 31 d. əvvəl
-
40 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
44 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)





.jpg)





