Azərbaycan şirkəti Rusiyaya quru tütün ixracına başlayıb
“Azərtütün” ASC-nin 2021-ci ildə istehsal etdiyi quru tütünün hamısı Rusiya müəssisələrinə satılıb. Bağlanmış müqaviləyə əsasən, bu il də Rusiyaya quru tütün göndərilməsinə başlanılıb.
Müxbirimiz “Azərtütün” ASC-nin aqrar şöbəsinin müdiri Hüsamettin Koçhanla şirkətin Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən tütün istehsalı və emalı məntəqəsində görüşüb, mövsüm ərzində görülən işlər, emal məntəqələrinin fəaliyyəti, yaş tütünün yığılması və qurudulması, quru tütün istehsalı, tütünün alış qiymətləri və digər məsələlərlə maraqlanıb.
Respublikamızda tütünçülüyün inkişafına öz töhfəsini verən “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən builki mövsümdə şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 587 hektar sahədə “Virciniya” növlü tütün əkilib. Səhmdar Cəmiyyətə məxsus tütün sahələrində yaş tütün yarpağının dərimi və qurudulması artıq başa çatıb.
ASC rəsmisi bildirib ki, builki mövsümdə tütün əkini ilə əlaqədar Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında ümumilikdə 84 fermerlə müqavilə bağlanılıb. Şirkətin mütəxəssisləri əvvəlcə fermerlərin tütün əkmək istədikləri sahələrlə tanış olub, torpaqdan analiz nümunələri götürüb, təhlillər aparıb, tütün əkininə yararlı olan torpaq sahələrini müəyyənləşdiriblər. Yararsız torpaq sahələrində tütün əkilməsi fermerlərə məsləhət görülməyib. “PAŞA Bank” vasitəsilə tütünçü fermerlər çox aşağı faizli kreditlə təmin olunub. Fermerlərin 250-dək əkin sahəsinin torpaq analizlərinin bütün maliyyə xərclərini şirkət həll edib. Fermerlər torpaq analizlərinə görə heç bir xərc çəkməyiblər. Mövsüm vaxtı şirkətin aqronomları daim fermerlərin yanında olub, məsləhətlər veriblər. Tütünçü fermerlər üçün təlimlər təşkil edilib.
Şöbə müdirinin sözlərinə görə, cari mövsümdə sınaq məqsədilə Fransadan iki yeni tütün sortu gətirilərək sahələrə əkilib. ASC-nin sahələrində yetişdirilən “Virciniya” tütün növünün 70 faizi ABŞ, 30 faizi isə Fransadan gətirilən sortlardır. Yeni tütün sortları yerli iqlimə uyğundur. Nəticələr müsbətdir. Gələcəkdə də yeni, məhsuldar tütün sortlarının gətirilməsi nəzərdə tutulur.
Hüsamettin Koçhan bildirib ki, bu il “Azərtütün” ASC tərəfindən yaş tütünün tədarük qiymətləri xeyli artırılıb. Belə ki, 3-cü sort tütünün satış qiyməti 1 kiloqram üçün 10 qəpikdən 18 qəpiyə, 2-ci sort üçün 18 qəpikdən 25 qəpiyə, 1-ci sort üçün isə 27 qəpikdən 30 qəpiyə qaldırılıb.
Mövsüm ərzində ASC-nin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 4543 ton yaşıl tütün kütləsi daxil olub. O cümlədən Zaqatala məntəqəsi fermerlərdən 1095 ton, Qax məntəqəsi 1026 ton, Şəki məntəqəsi isə 2422 ton yaş tütün qəbul edib. Cari təsərrüfat ilində emal məntəqələrində ümumilikdə 760 ton quru tütün istehsal olunaraq anbarlara yığılıb.
“Azərtütün” ASC-nin rəsmisi Hüsamettin Koçhanın sözlərinə görə, şirkətin 2021-ci ildə istehsal etdiyi quru tütünün hamısı Rusiya Federasiyasının müəssisələrinə satılıb. Bu ilin məhsulunun da əsasən Rusiya şirkətlərinə satılması nəzərdə tutulur. Bağlanmış müqavilə əsasında artıq bu ölkəyə tütün göndərilməsinə başlanılıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
29 d. əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
-
3 saat əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
- 3 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!







.jpg)








.jpg)

