"Turist vizası ilə Azərbaycana daxil olub, dilənçiliklə məşğul olurlar"
Dövlət Miqrasiya Xidməti Bakıda dilənçiliklə məşğul olan pakistanlı və hindistanlıların sayının artmasına münasibət bildirib.
Xidmətdən bildirilib ki, Pakistan, Hindistan və digər Cənubi Asiya ölkələrindən ölkəmizə gələn əcnəbilərin böyük əksəriyyəti turist vizası ilə ölkəyə daxil olurlar.
"Turist və ya digər növ vizalarla ölkəyə daxil olan əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Əcnəbilərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilməsi üçün işəgötürənlər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada iş icazəsi alınmalıdır. Azərbaycan Respublikasında olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi təhlillər və monitorinqlər aparılır. Ölkə ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslər aşkarlandıqda onlar barəsində qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür" - deyə məlumatda qeyd olunub.
Qeyd edilib ki, 2022-ci ilin son 3 ayı (sentyabr, oktyabr, noyabr) ərzində miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 5891 inzibati qərar qəbul edilib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©️ APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














