Vergilərin büdcədənkənar fonduna 58 milyon manat daxil olub
Vergilər Nazirliyi vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaitin həcmini açıqlayıb.
Qurumun saytında dərc olunan "Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə Forma"da bildirilir ki, 1 yanvar 2017-ci il tarixinə fondun vəsaitlərinin miqdarı 57,86 mln. manat təşkil edib. 2016-cı ilin yanvarın 1-nə bu rəqəm 30 mln. 764,224 min manat olub. Beləliklə, ötən il fonda 27 mln. 95,776 min manat çox vəsait daxil olub.
Daxil olan vəsaitdən 56 mln. 199,745 min manat xərclənib. Nəticədə hesabat dövrünün sonuna fondda qalıq 1 mln. 660,255 min manat təşkil edib.
Xərclərə nəzər saldıqda məlum olur ki, 906,723 min manat (+3,4 dəfə) ştatda olan işçilərin əmək haqqına, 2 mln. 195,547 min manat (+1,6 dəfə) ştatdankənar işçilərin əmək haqqına, 39 mln. 1,359 min manat (+5 dəfə) əməyin ödənişi ilə bağlı sair pul ödənişlərinə, 9 mln. 237,807 min manat (+4,4 dəfə) Dövlət Sosial Müdafiə Fonduna ayırmalara və s. xərclərə yönəlib.
Hesabat dövrünün sonuna qalan qalıqdan dövlət büdcəsinə ödəniş edilməyib.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
16 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
21 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















