Yaponiya startapı Ayda ilk özəl şirkət olmaq üçün kosmik raket buraxıb
Aya eniş edəcək ilk özəl şirkət olmağa can atan Yaponiya startapı bu məqsədlə ABŞ-ın Florida ştatından göyərtəsində modul olan kosmik raket buraxıb.
Kyodo agentliyi xəbər verir ki, “Hakuto-R” tədqiqat proqramının tərkib hissəsi olan “Ispace Inc.” şirkəti tərəfindən hazırlanmış eniş modulunun gələn il aprelin sonlarında Aya enməsi nəzərdə tutulur. Bildirilir ki, yapon folkloruna əsasən Ayda yaşayan ağ dovşanın adını almış proqramın birinci mərhələsində Yerin yeganə təbii peykinə digər faydalı yüklərin çatdırılması nəzərdə tutulur. Bunların arasında Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinin (JAXA) və “Tomy Co.” Şirkətinin hazırladığı robot-transformer, həmçinin Birləşmiş Ərəb Əmirliklərinə məxsus hər yerdə hərəkət edən nəqliyyat vasitəsi daxildir.
Qeyd edilir ki, 2010-cu ildə təsis edilən “Ispace Inc.” şirkəti Ay üçün texnologiyalar hazırlamağı və Yer ilə Ay arasında baha olmayan səfərlərin təşkilini planlaşdırır.
Aya göndərilən modulun hündürlüyünün 2,3 metr, eninin 2,6 metr olduğu bildirilir. Kosmik qüvvələrin Kanaveral burnunda olan stansiyasından “SpaceX Falcon 9” raketinin göyərtəsində kosmosa göndərilən modulun Yerdən 1,5 milyon məsafədə yerləşən nöqtəyə istiqamətləndiyi də qeyd edilir.
Az yanacaq işlətməsi və daha çox yük daşıması üçün raketin Ayın orbitinə daxil olmazdan əvvəl ən uzun, lakin daha səmərəli marşrut seçəcəyi də bildirilir. Onun Ayın şimal yarımkürəsindəki Atlas kraterinə enməsi nəzərdə tutulur.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























