69 milyard dollarlıq satınalma dayandırılır
Federal Ticarət Komissiyası cümə axşamı bildirib ki, Microsoft -a qarşı antiinhisar işi qaldırıb. Komissiya proqram istehsalçısının video oyunlar istehsalçısı "Activision Blizzard"ı əldə etmək cəhdinə etiraz edir, satınalmanın ABŞ qanunlarını pozacağını iddia edir.ABŞ Federal Ticarət Komissiyası (FTC) cümə axşamı texnologiya nəhəngi Microsoft-un, "Call of Duty" oyununun yaradıcısı olan "Activision Blizzard" şirkətini təxminən 69 milyard dollarlıq müqavilə ilə satın almasını dayandırmaq üçün iş qaldırıb (satınalmaya mane olmaq üçün məhkəməyə verir).
Marja xəbər verir ki, "Xbox"ın sahibi olan Microsoft, 2022-ci ilin yanvarında oyun sənayesi tarixində ən böyük alış sövdələşməsində "Activision"u 68,7 milyard dollara almağa razılaşdığını açıqlamışdı.
Federal Ticarət Komissiyası, Microsoft-un məşhur və bahalı oyunları almaqla rəqiblərini sıxışdırmaq niyyətində olduğunu vurğulayıb.
"Microsoft rəqiblərini oyun məkanında məzmundan məhrum edəcək. Biz, ən böyük müstəqil oyun studiyasını satın alan Microsoft-un multidinamik və sürətlə inkişaf edən oyun sənayesindəki rəqabətə zərər verməsinin qarşısını almağa çalışırıq", - Federal Ticarət Komissiyasının sədri Holli Vedova deyib.
FTC-nin müraciətindən sonra "Microsoft" və "Activision" şirkətlərinin səhmləri ucuzlaşıb.
"Microsoft" yanvar ayında "Activision Blizzard"ı 2023-cü ilin iyun ayına qədər yekun müqavilə bağlamaq məqsədi ilə 68,7 milyard dollara almağı planlaşdırdığını açıqlamışdır. Müqavilə "Microsoft"un oyun sahəsindəki "Sony" kimi rəqiblərinin təzyiqi ilə üzləşib. Microsoft dəfələrlə sövdələşmənin bağlanacağı təqdirdə oyun sahəsində dünya lideri olmayacağını bildirib və o, məşhur “Call of Duty” oyunlarını "Microsoft"a məxsus platformalardan başqa oyun platformalarında da təqdim edəcəyinə söz verib.
"Activision Blizzard", "Candy Crush Saga" oyununu istehsal edən "King"i 2016-cı ildə alması sayəsində mobil cihazlarda öz yerini tutub. "Activision Blizzard" noyabrda bildirib ki, "Candy Crush"ın 200 milyondan çox aylıq aktiv istifadəçisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 41 d. sonra
-
9 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 10 d. əvvəl
-
-
17 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
23 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
35 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 39 d. əvvəl
-
54 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

























