Qərb neft tədarükünün pozulmasında Türkiyəni günahlandırır
FT: Qərb rəsmiləri Türkiyəni neft tankerlərinin boğazlardan keçməsinə mane olmaqda günahlandırır“Financial Times” (FT) yazır ki, Qərb hakimiyyətinin nümayəndələri Ankaranı Qara dəniz boğazlarından keçidi bağlamaqda və dənizdən neft nəqlini pozmaqda günahlandırırlar.
Rəsmilər Bosfor və Çanaqqala boğazlarından keçən gəmilərin ləngiməsi üçün heç bir səbəb görmür və gəmilərin hərəkətinin normallaşdırılmasını tələb edirlər.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, tıxacda qalan 20 tankerdən təxminən 19-u Qazaxıstandan neft daşıyır. O vurğulayıb ki, nə tankerlər, nə də onların yükləri neftin qiymətinin "tavanına" tabe deyil, ona görə də onların sığorta statusunda heç bir dəyişiklik olmamalıdır.
"Neft tədarükünün ləngiməsi qiymət məhdudiyyətlərinin yox, Ankaranın hərəkətlərinin nəticəsidir", deyə rəsmi əlavə edib.
Bundan əvvəl mətbuat Türkiyə sahillərində gəmilərin “tıxacının” yarandığı barədə məlumat yayıb. Qeyd edilib ki, sıxlıq Ankaranın gəmilərdən xüsusi sığorta - Mühafizə və Təminat Sığortası tələb etməyə başlaması səbəbindən yarana bilər.
Eyni zamanda, ABŞ-ın maliyyə nazirinin müavini Uolli Adeyemo Türkiyə xarici işlər nazirinin müavini ilə söhbətində, dekabrın 5-də tətbiq edilən Rusiya neftinin qiymətinə “tavanın” gəmilərin yoxlanılmasının artırılmasını tələb etmədiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 35 d. sonra
-
15 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 16 d. əvvəl
-
-
23 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
29 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
41 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 45 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb


























