Nazirin “Aztelekom”un baş direktorunu işdən çıxardığı bildirilir - YENİLƏNİB
15:40 - “Aztelekom” MMC-nin Baş direktoru Klaus Muellerin işdən çıxması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Klaus Mueller hazırda “Aztelekom” MMC-nin Baş direktoru olaraq fəaliyyətini davam etdirir.
XXX
13:58 -“Aztelekom” MMC-nin baş direktoru Klaus Müller vəzifəsindən azad edildiyi bildirilir.
Məlumata görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Qeyd edək ki, K.Müller uzun müddət məzuniyyətdə olub.
“Aztelekom” MMC-dən bildirilib ki, baş direktor vəzifəsilə bağlı hər hansı bir dəyişiklik olsa, bu barədə açıqlama verilərdi.
Xatırladaq ki, o, 2021-ci ilin dekabr ayında MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.
K.Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkan ölkələrində rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© oxu.az, APA
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 18 saat sonra
-
1 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
2 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışı olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu





















