Çinin xarici ticarət məlumatları açıqlandı
Çinin 2022-ci ilin 11 ayı ərzində ixracı və idxalı, ölkədə çoxsaylı yerli koronavirus epidemiyalarına və karantinlərə, habelə çətin beynəlxalq vəziyyətə baxmayaraq, müvafiq olaraq 9,1% və 2% artıb.
Marja xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Hesabat dövründə Çinin ixracı illik müqayisədə 9,1% artaraq 3 trilyon 292 milyard dollar, idxalı isə 2% artaraq 2 trilyon 480 milyard dollar təşkil edib.
Xarici ticarətin dollar ifadəsində ümumi həcmi 2022-ci ilin 11 ayı ərzində 5,9% artaraq 5 trilyon 781 milyard dollara çatıb. Çinin xarici ticarət dövriyyəsinin müsbət saldosu 802,04 milyard dollar olub.
Bununla belə, Baş Gömrük İdarəsi ötən ay xarici ticarət artımının azaldığını bildirir. Belə ki, noyabrda Çinin xarici ticarətinin həcmi 522,34 milyard dollar təşkil edib ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 9,5% azdır.
Noyabrda Çinin ixracı 2021-ci ilin noyabrına nisbətən 8,7% azalaraq 296,09 milyard dollar, keçən ay idxal da 2021-ci ilin noyabr ayı ilə müqayisədə 10,6% azalaraq 226,25 milyard dollar təşkil edib.
Çinin xarici ticarət balansının profisiti noyabrda əvvəlki aydakı 85,15 milyard dollardan 69,84 milyard dollara düşüb. Proqnoz 79,05 milyard dollar idi.
Çinin ticarət balansı noyabr ayında gözlənildiyindən daha çox azalıb. COVID ilə əlaqəli kilidləmələrin olduğu ölkənin ay ərzində həm ixracı, həm də idxalı azalıb.
Yanvar-noyabr aylarında (11 ayda) Çinlə ticarət həcminə görə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN), Avropa İttifaqı (Aİ) və ABŞ lider olaraq qalıb. Çinin Aİ ilə ticarəti 779,796 milyard dollar, ASEAN ilə 886,555 milyard dollar, ABŞ ilə isə 697,694 milyard dollar təşkil edib. Hesabat dövründə Çinin Latın Amerikası ölkələri ilə ticarət dövriyyəsi 448,391 milyard dollar, Afrika ölkələri ilə isə 259,125 milyard dollar təşkil edib.
Xatırladaq ki, 2021-ci ildə Çinin xarici ticarət dövriyyəsi 30% artaraq 6,051 trilyon dollar, ixracı isə 29,9% artaraq 3,364 trilyon dollar, idxalı isə 30,1% artaraq 2,687 trilyon dollar təşkil etmişdi.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























