Çinin yenidən açılması ilə neft bahalaşıb
Xəbər verdiyimiz kimi, "OPEC plus" son iclasında hasilatı sabit saxlayıb. Digər tərəfdən, daha çox Çin şəhərinin COVID-19-a qarşı sərt tədbirləri yumşaltmağa başlaması ilə əlaqədar olaraq neft qiymətləri bazar ertəsi yüksəlib.
Marja xəbər verir ki, iqtisadi mərkəzlər Şanxay və Pekin də daxil olmaqla bir neçə Çin şəhəri, son bir həftə ərzində bəzi məhdudiyyətləri ləğv edib. Hökumət yaxın həftələrdə karantin rejimini daha da yumşaltmağı planlaşdırır.
Çinin dünyanın ən böyük neft idxalçısı statusunu nəzərə alsaq, belə bir ssenari xam əmttə bazarları üçün müsbət olur. Ciddi anti-COVID siyasətləri səbəbindən ölkədə azalan tələb bu il neft bazarlarına satış təzyiqinin əsas mənbəyi olub.
İlk Asiya ticarətində Brent neftinin fyuçersləri 2,3% artaraq barreli 87,38 dollara, Qərbi Texas neftinin fyuçersləri isə 2,1% artaraq barreli 81,66 dollara çatıb. Daha sonra qiymətlər bir qədər geriləyib
Xam neft qiymətləri keçən həftə də yüksəlib, çünki Çin şəhərləri bəzi anti-COVID tədbirlərini azaltmağa başladı.
Çinin, yeni növ koronavirusa rekord səviyyədə gündəlik yoluxma faktları ilə mübarizə apardığını nəzərə alsaq, ölkədə geniş açılma hələ də uzaq bir perspektiv kimi görünür. Lakin bağlanma tədbirlərinin tətbiqi ölkə daxilində etiraz dalğasına səbəb olub və bu, indi hökuməti bəzi məhdudiyyətləri ləğv etməyə məcbur edib.
Analitiklər xəbərdarlıq etdilər ki, Çinin yenidən açılması, xüsusən də karantin tədbirlərinin yumşaldılmasından sonra ölkədə infeksiyaya yoluxanların sayı kəskin arta bilər.
Çinin yenidən açılması ilə bağlı nikbinlik, Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqlərinin (OPEC+) mövcud neft hasilat səviyyələrini qoruyacağına dair qərarının bazara mənfi təsirini böyük ölçüdə əvəzləyib.
Kartel, oktyabr ayında hasilatı gündəlik 2 milyon barel azaltdıqdan sonra ləng tələbatın və yavaşlayan iqtisadi artımın xammal bazarına təsirini qiymətləndirməyə davam edəcəyini bildirib. Yeddilik Qrup, xam neft ixracına 60 dollarlıq qiymət həddi tətbiq etməsindən sonra əsas istehsalçı Rusiya da tədarükünü azaltmaq üzərində düşünür.
Xam neft bazarları ötən həftə OPEC plusun 2022-ci ildə sonuncu iclası ərəfəsində böyük dalğalanmalara imza atmışdı. Kartel indi gələcək istehsalla bağlı qərar vermək üçün 2023-cü ilin fevralında görüşəcək, o zaman Çinin yenidən açılması və qlobal iqtisadi tendensiyalar haqqında daha çox məlumat olacaq.
Dolların ucuzlaşması da xam neft qiymətlərinin artmasına səbəb olur.
Bazarlar Federal Ehtiyat Sisteminin (FED) yaxın aylarda daha kiçik faiz artıracağını gözləyir. Mərkəzi Bank gələn həftə 2022-ci ildə sonuncu iclasını keçirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
3 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
3 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
4 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























