Azərbaycanın iri holdinqindən 1,5 milyard manatlıq satış - 60 %-LİK ARTIM
“Azərsun Holdinq” qrupunun satışdan gəlirləri 2020-ci illlə müqayisədə 2021-ci ildə 565 milyon 342 min manat və ya 59% artaraq 1 milyard 522 milyon 412 min manat təşkil edib. 2020-ci ildə qrupun satışdan gəlirləri 957 milyon 70 min manat təşkil etmişdi.
Marja.az "Azərsun Holdinq" MMC və onun törəmə müəssisələrinin konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, qrupun satışdan gəlirləri artsa da, maya dəyəri, paylama, inzibati və digər xərclərin artması ilə əlaqədar olaraq mənfəəti azalıb. Əgər 2020-ci ildə şirkətin mənfəət vergisindən əvvəlki mənfəəti 92 milyon 227 min manat ikən, 2021-ci ildə 52 milyon 401 min manata düşüb (39 milyon 826 min manat və ya 43,2% azalıb).
"Azərsun Holdinq" qrupu 2021-ci ili 28 milyon 291 min manat xalis mənfəət ilə başa vurub. 2020-ci illə müqayisədə 2021-ci ildə qrupun xalis mənfəəti 2,6 dəfə azalıb. Qrup 2020-ci ili təxminən 72 milyon 866 min manat xalis mənfəət ilə bağlamışdı.
“Azərsun Holdinq” 2019-cu ili təxminən 53 milyon manat xalis mənfəət ilə başa vurmuşdu.
QRUP BÖYÜYÜB, AKTİVLƏRİ 1 MİLYARD MANATI AŞIB
Ötən il “Azərsun Holdinq” qrupunun cəmi aktivləri 207 milyon manat və ya 25,2% aratraq 31 Dekabr 2021-ci il tarixində 1 milyard 28 milyon 467 min manat təşkil edib.Qrup 2020-ci ilin sonunda 821 milyon 497 min manat cəmi aktivlərə malik idi. Ötən il cəmi aktivlərin artması torpaq, tikili, avadanlıqlar və mal-materialların dəyərinin artması ilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)
