Qızıl dolların ucuzlaşması ilə bahalaşır
Çərşənbə axşamı qlobal birjalarda qızılın qiyməti 2%-dən çox bahalaşıb. Bazarlar dolların ucuzlaşmasına və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin düşməsinə reaksiya verir.
Marja xəbər verir ki, Nyu-York Comex birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 36,55 dollar və ya 2,17% artaraq 1 troya unsiyası üçün 1717,05 dollar təşkil edib (Bakı vaxtı ilə saat 21:20-yə olan məlumat). Göstərici oktyabrın əvvəlindən bəri ilk dəfə bir unsiya üçün 1700 dollar həddini üstələyir. Dekabr gümüş fyuçersləri 3,26% artaraq bir unsiya üçün 21,6 dollar olub.
Dollar nə qədər ucuz olsa, qızılı başqa valyutada almaq bir o qədər əlçatan olur ki, bu da bu qiymətli metalın qiymətinin artımını təmin edir.
On illik ABŞ dövlət istiqrazlarının gəliri də ABŞ tənzimləyicisinin siqnallarına cavab verir. Əvvəlki ticarət günü ilə müqayisədə göstərici 4,214%-dən 4,159%-dək azalıb. ABŞ dövlət istiqrazları “etibarlı” aktiv kimi qızıla alternativdir.
Ötən çərşənbə günü ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 bənd artıraraq illik 3,75-4%-ə çatdırıb. FED ardıcıl dördüncü dəfə faizləri bu sürətlə (0,75 bənd) artırıb və əlavə artımların məqsədəuyğun ola biləcəyini qeyd edib. Bununla belə, bir çox investor FED-in aqressiv siyasətinin "zirvəsinin" arxada qaldığını güman edir. CME Group-un məlumatına görə, analitiklərin 56,8%-i dekabrda faizin 0,50 bənd artırılacağını (0,75 ilə müqayisədə bir qədər qədər yavaş) gözləyirlər ki, bu da illik 4,25-4,5%-ə qədər artım deməkdir.
Dollar, ABŞ-ın inflyasiya məlumatlarından əvvəl avro qarşısında ucuzlaşıb
Çərşənbə axşamı günü axşam dollar avro və yen qarşısında ucuzlaşır. Bazarlar ABŞ-da istehlak qiymətləri (inflyasiya) ilə bağlı məlumatları gözləyirlər.
Avronun dollara nisbətdə məzənnəsi 1,0095 dollara yüksəlib (Avro bahalaşıb, dollar ucuzlaşıb). Dollar yen qarşısında isə 146,62 yendən 145,37 yenə düşüb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,58% azalaraq 109,48 bənd təşkil edib.
Bazarlar cümə axşamı günü ABŞ-da istehlak qiymətləri ilə bağlı məlumatı gözlədiyi üçün dolların avro və yen qarşısında dəyəri azalıb. Analitiklər hesab edirlər ki, ölkədə illik inflyasiya oktyabrda bir ay əvvəlki 8,2%-dən 8%-ə enib.
İnflyasiya yavaşlarsa ABŞ Federal Ehtiyat Sistemi (FED) pul siyasətinin sərtləşdirilməsinin (faizin artırılmasının) sürətini azalda bilər ki, bu da öz növbəsində dollar üçün mənfi olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























