Virtual reallıqda alış-veriş
Amerikanın ödəmə prosessoru “Payscout” virtual reallıqda fiziki malları “Google Cardboard” vasitəsilə ödəməyə imkan verən proqram istifadəyə verib.
“Payscout VR Commerce” istifadəçilərə ödəmə məlumatlarını elektron pul kisəsində qeydə almağa imkan verən “Visa Checkout” xidməti ilə inteqrasiyanı dəstəkləyir.
“Payscout”un baş direktoru Klivlend Braun bunu ödənişlərdə və virtual reallıqda dönüş nöqtəsi kimi qiymətləndirib: “Biz virtual reallıqda ödənişlərin simulyatorları və prototiplərini görmüşük, lakin bu, virtual reallıqda əsl ticarətin ilk nümunəsidir”.
“psm7.com” saytı bildirir ki, Kopenhagendə keçirilən “Money20/20” konfransında proqramın təqdimatında iştirak edənlər Kaliforniyanın “Body Language Sportswear” internet-mağazasında maraqlı alış-veriş turunu nümayiş etdirən “Google Cardboard” qarnitürlərini əldə ediblər. İstehlakçılar virtual mağazada predmetlərin ölçüsünü böyüdərək və onların ən xırda təfərrüatlarını öyrənərək mallara interaktiv rejimdə baxa bilərlər.
“Google Cardboard” üçün “Payscout VR Commerce” proqramı artıq “Google Play Store”da əlçatandır. Tezliklə texnologiya iOS və əlavə VR-platformalara da uyğunlaşdırılacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























