Qızılın qiyməti düşür
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) noyabr iclasının yaxınlaşdıqca qızılın qiyməti düşür.
Marja xəbər verir ki, Comex birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 11,45 dollar və ya 0,7% azalaraq 1 troy unsiyası üçün 1625,35 dollar təşkil edib (Bakı vaxtı ilə saat 11:40-a olan məlumat). Dekabr gümüş fyuçersləri 1,12% ucuzlaşaraq bir unsiya üçün 18,48 dollar olub.
Dünya bazarlarının əsas diqqəti ABŞ Federal Ehtiyat Sisteminin gələcək siyasətinə yönəlib. CME Group-un təqdim etdiyi məlumatlara görə, ekspertlərin 98%-i noyabrda FED-in uçot dərəcəsini yenidən 0,75 faiz bəndi artıraraq illik 3,75-4%-ə qaldıracağını proqnozlaşdırır.
Bunun fonunda bahalaşan dollar qızıla mənfi təsir göstərə bilər. Hazırda Dolların məzənnəsi digər əsas dünya valyutalarına nisbətən artır və dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,14% artaraq 113,04 bənd təşkil edir.
Daha bahalı dollar qızıla tələbi azaldır, bu halda digər valyutalara sahib olan investorlar üçün daha az əlçatan olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
19 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 19 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
22 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
23 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















