Dövlət şirkəti yeni qızıl kolleksiyasını satışa çıxardı
Dövlətə məxsus “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən yeni növ qızıl sikkə kolleksiyası satışa çıxarılıb.
QSC-dən Marja-ya daxil olmuş məlumata görə, yeni kolleksiya Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvanın 190 illiyinə həsr olunub. Qızıl məhsullarının üzərində şairənin həyat və yaradıcılığına dair elementlər təsvir edilib.
Belə ki, sikkənin mərkəzində Xurşidbanu Natəvanın külliyatını simvolizə edən açılmış kitab həm də şairənin məşhur “Qərənfil” rədifli qəzəlini təcəssüm etdirən gülün ləçəkləri dizayn edilib. Şairənin doğulduğu evin pəncərələri kompozisiyanın yuxarı hissəsində, tağların üzərindəki naxışlar müvafiq olaraq sikkənin yarımperimetri üzrə əks olunub. Gül naxışları isə sözügedən təsviri və bir hissəsi ədibin poeziyasını ifadə edən lələkdən formalaşmış “190” rəqəmini haşiyəyə almaqla kompozisiyanı tamamlayır. Sikkə nümunəsi şeir sənəti ilə yanaşı, rəssamlıq, tikmə sənəti, musiqi kimi incəsənətin digər sahələri ilə məşğul olmuş, şairəliyi ilə yanaşı, nəcib və xeyirxah əməlləri ilə tanınmış Xurşidbanu Natəvana xalqımızın verdiyi böyük mənəvi dəyəri ifadə edir.
Yeni məhsullar Cəmiyyətin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən ilk Satış və mübadilə mərkəzində və onlayn satış platforması www.azergold.gift vasitəsi ilə alıcılara təqdim edilir.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə bazarı üçün Azərbaycan qızılı və gümüşündən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilib. 3 müxtəlif qızıl və gümüş sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışının əks olunması Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib. İstehsal edilmiş növbəti məhsul çeşidləri olan “Qarabağ inciləri” və “Şuşa” müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qələbəsinə və Azərbaycanın ayrılmaz parçası olan, işğaldan azad edilmiş Qarabağa həsr olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
5 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























