İki dövlət şirkətinin sahə və bölmələri ayrıca özəlləşdiriləcək
Əmlak Məsələləri Dövlət Xidmətində özəlləşdirməyə açıq olan müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi, investorlara daha əlverişli şəraitin yaradılması və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi məqsədilə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.
Xidmətdən Marja-ya verilən məlumata görə, iclasda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirməyə açılmış müəssisə və obyektlərinin özəlləşdirilməsi istiqamətində görülən işlər haqqında məlumat dinlənilib.
İşçi Qrupunun üzvlərinə “ASK Şüşə” və “ASK İzolit” məhdud məsuliyyətli cəmiyyətləri barədə məlumat verilib, maliyyə-iqtisadi göstəriciləri təhlil edilib. Müəssisələrin tərkibində olan, lakin onlarla texnoloji bağlılığı olmayan və eyni ərazidə yerləşməyən sahə və bölmələrin ayrıca özəlləşdirilməsinin mümkünlüyü müzakirə edilib.
Bununla yanaşı, “Bakı Ayaqqabı Fabriki” ASC, “ASK Şəki SES” və “ASK Tekstil” MMC-lər haqqında təqdimatlar dinlənilib, məsləhətçi şirkətin təklifləri əsasında “Bakı Ayaqqabı Fabriki” ASC-nin investisiya müsabiqəsində satışı ilə bağlı iddiaçılar qarşısında qoyulması məqsədəuyğun hesab olunan şərtlər də nəzərdən keçirilib.
Qeyd edək ki, özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr haqqında ətraflı məlumat Xidmətin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















