Dövlətin borcu 20 milyard manata çatır
Azərbaycanın xarici dövlət borcu illik müqayisədə 448,7 mln. dollar və ya 6,0% azalaraq 2017-ci il aprelin 1-nə 7,0 mlrd. ABŞ dollarına (11,9 milyard manat) bərabər olub.
Bu barədə 2017-ci il dövlət büdcəsinə dəyişiklik haqqında qanun layihəsinədə bildirilir.
"Ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə 2017-ci il 1 aprel tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 11,1 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği borclu təşkilatların təqdim etdiyi məlumatlara əsasən 7 mlrd. ABŞ dolları olub".
İmzalanmış sazişlər üzrə istifadə edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 18,1%-ni təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 713,5 dollar olub. 2017-ci il aprelin 1-nə xarici borc üzrə alınan kreditlərin 7,5%-i Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları (SDR), 76,7%-i ABŞ dolları, 11,8%-i avro, 2,4%-i Yaponiya yeni, 1,6%-i isə digər valyutaların payına düşüb.
Ölkəyə cəlb edilən kreditlərin 32,1%-ni sabit dərəcə ilə olan kreditlər, 67,9%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Xarici dövlət borcunun 57,3%-i 10 ilə qədər olan müddətdə, 38,8%-i 10-20 il müddətdə, 3,9%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
İmzalanmış kredit sazişləri üzrə 2017-ci ilin I rübü ərzində 83,2 mln. dollar məbləğində vəsait istifadə edilib.
Bununla yanaşı qeyd olunur ki, 2017-ci il aprelin 1-nə dövlətin daxili borcu 7 mlrd. manat təşkil edib. Beləliklə, dövlətin xarici və daxili borcu birlikdə 18,9 milyard manatdır.
Qeyd edək ki, 1 yanvar 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6 mlrd. 913,2 mln. dollar, xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,4% təşkil edib. Ötən il aprelin 1-nə xarici dövlət borcu 7 mlrd. 448,7 mln. dollar borcun ÜDM-ə nisbəti isə 21% olub.
MƏBLƏĞİ, MÜDDƏTİ ARTDI, FAİZİ AZALDI – NAĞD KREDİT
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
2 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
2 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















