Muğanbankdan yeni biznes kredit məhsulu – Sifarişlərin maliyyələşdirilməsi
(®) Kiçik və Orta sahibkarları düşünərək biznesin daim inkişafda qalması və bu istiqamətdə onlara maliyyə dəstəyinin göstərilməsi məqsədilə Muğanbank yeni biznes kredit məhsulu – Sifarişlərin maliyyələşdirilməsini təqdim edir.
Ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, alıcıları ilə rəsmi müqavilə əsasında mal və xidmətlər satan hüquqi və sahibkar fiziki şəxslər müqavilə, xidmət və ya sifariş orderinə əsasən alınmış sifarişlərin icra edilməsi məqsədi ilə yaranmış zəruri maliyyələşmə üçün müraciət edə bilərlər. Sifarişlərin maliyyələşdirilməsi satıcı və alıcı arasında yaranan maliyyə öhdəliklərinin və pul axınının dayanmamasına və biznesin sürətlə inkişafına kömək edir.
Kreditin əsas üstünlükləri və şərtləri aşağıdakılardır:
Maliyyələşdirilmə limiti: 30 000 AZN – 1 000 000 AZN
Güzəşt müddəti: 5 ay
İllik faiz dərəcəsi: 30 000 - 250 000 AZN -dək 14 - 16%
250 000 - 1 000 000 AZN-dək 12 - 14%
Müddət: 6 ayadək
Tələb olunan sənədlər və digər şərtlər barədə daha ətraflı məlumatı bu linkə keçid etməklə əldə edə bilərsiniz.
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















