Əmlak idarəçiliyində elektron xidmətlər: “Əmlak kalkulyatoru”
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin elektronlaşdırılması, bu sahədə innovativ üsulların tətbiqi prosedurların sadələşdirilməsinə, vətəndaş məmnunluğunun yüksəlməsinə imkan verir. Bu istiqamətdə tətbiq edilən elektron xidmətlərdən biri də “Əmlak kalkulyatoru”dur.
“Əmlak kalkulyatoru”nun sadə istifadə imkanları əsasında vətəndaş daşınmaz əmlakın yerləşmə yerini, sahəsini, digər tələb olunan texniki göstəriciləri daxil edərək xidmət haqqı və rüsumla bağlı yekun məbləğ haqqında məlumatı əldə edə bilər. Xidmət vasitəsilə çıxarışın alınması, texniki pasportun əldə edilməsi, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını çevik şəkildə əvvəlcədən hesablamaq mümkündür. Bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə aparılması və sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var.
Elektron xidmətdən istifadə etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) “Əmlak kalkulyatoru” bölməsinə (https://e-emlak.gov.az/Calculator/ ) daxil ola bilər. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən birini seçən istifadəçi xidmətin mahiyyətini, əmlakın yerləşdiyi şəhər və rayonu, öz istəyi ilə xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.
“Əmlak kalkulyatoru” elektron xidməti vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır. Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Elektron xidmətin tətbiqi əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək şəxslərə əlavə vaxt qazandırır, prosesdə şəffaflığı və səmərəliliyi artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)
