"Neft qiymətlərinin davamlı qalxması çətindir"
Neft qiymətləri, ABŞ-da istehsalın azaldığına dair işarələrin olması ilə bir qədər yüksəlib.
"Marja" xəbər verir ki, ABŞ-da xam neft hasilatı ötən həftə azalmışdı. Bunun səbəbi Alyaska neft sahəsindəki təmir işləri və "Cindy" tropik fırtınasına görə hasilata fasilə verilməsidir.
HYUNDAİ CRETA – 2017 İSTEHSALI, 4X4 və MÜNASİB QİYMƏT İLƏ
Hazırda ABŞ-da neft ehtiyatları beş ilin orta göstəricisindən 100 milyon barrel çoxdur.
Birləşmiş Ərəb Əmirliklərinə görə, OPEC və tərəfdaşları, gələn ayki iclasda, istehsalı daha çox azaltmağı müzakirə etməyəcəklər.
Neft artan qlobal hasilatın Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) və tərəfdaşlarının istehsalı azaltmalarını heç edə biləcəyi narahatlıqları ilə "ayı" bazarına girmişdi.
Analitiklər bildirirlər ki, bazarın mübarizə apardığı problemlər ortadan qalxmamışdır, buna görə qiymətlərin davamlı qalxması çətindir.
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 18 sent yüksələrək 45.11 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 19 sent yüksələrək bareli 47.61 dollara çıxıb. Qiymətlər İyun ayında 5.4 faiz və bu rübdə 9.9 faiz düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 11 d. əvvəl
-
-
32 d. əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 35 d. əvvəl
- 36 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 1 saat əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Unibank 5 nominasiya üzrə qalib olub
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
Ən çox oxunanlar
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur

















