"Qazaxıstanda baş verən proses Xəzərin səviyyəsinin qalxması deyil" - Coğrafiya İnstitutu
Qazaxıstanın Atırau vilayətində Xəzər dənizində suyun səviyyəsi qəfil qalxıb.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri Əmir Əliyev açıqlamasında bildirib ki, Atırau vilayətində Xəzər dənizində baş verən proses dəniz səviyyəsinin qalxması deyil, səviyyənin müvəqqəti dəyişməsidir.
O deyib ki, dənizdə bir neçə gün güclü kükləklər əsdikdə sahili su basır: “Külək səngidikdə isə su yenidən qayıdır. Bu hadisə suqovma adlanır. Qazaxıstanın Atırau vilayətində Xəzər dənizində baş verən proses də suqovmadır. Bu, şimali Xəzərdə daha çox olur. Bəzən müşahidələr göstərir ki, suqovma nəticəsində Xəzərin şimal sahillərinə 20-30 km su gəlir, hündürlüyü isə 1-2 m arası olur. Lakin suqovma Xəzərin Azərbaycan sahilləri üçün xarakterik deyil. Bunun üçün sahil düzənlik olmalıdır”.
Alim hazırda Xəzərin səviyyəsinin nə qədər olması ilə bağlı da danışıb. O bildirib ki, Xəzərin səviyyəsi hər il düşməyə davam edir: “Keçən illə müqayisədə Xəzərin səviyyəsi 20 sm enib. Ondan əvvəlki illərlə də müqayisə etsək azalma var. Bu isə dənizə gələn çay sularının azalması ilə bağlıdır. Əsasən Volqa və Uraldan Xəzərə tökülən suda 30%-ə qədər azalma müşahidə edilir. Həmçinin, qlobal istiləşmə səbəbindən buxarlanma da artıb. Xəzərin səviyyəsinin enməsi təxminən 2035-ci ilə qədər davam edəcək. Ondan sonra ola bilər ki, Xəzərin səviyyəsində qalxma müşahidə edilsin”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)






.jpg)



