Dollar/Yen məzənnəsi müdaxilə səviyyələrinin astanasında
Dollar/Yapon yeni məzənnəsi 145-i keçərək son müdaxilə səviyyələrinə yaxınlaşıb. Sentyabr ayının sonuna yaxın 24 ildən sonra Yaponiyada məzənnə 145 səviyyəsini keçdikdən sonra yenə müdaxilə qərarı verilmişdi.Yapon yeni həftəyə ucuzlaşma ilə başlayıb. Marja xəbər verir ki, dollar/yen məzənnəsi son müdaxilənin edildiyi səviyyələrə yaxınlaşıb.
Həftənin ilk ticarət günündə dollar/yen məzənnəsi 145 yeni keçib.
Sentyabrın sonunda məzənnə 145-i ötdükdən sonra Yaponiya 1998-ci ildən bəri ilk dəfə olaraq, ABŞ-la monetar siyasətində fərq səbəbindən yenin ucuzlaşmasını dayandırmaq üçün valyuta bazarına müdaxilə etmişdi (mərkəzi bank dollar satıb yen alınmışdı).
Yaponiya Mərkəzi Bankı (BOJ) ABŞ Mərkəzi Bankının (FED) faizini 75 bənd artırmaq qərarından sonra mənfi faiz dərəcəsini sabit saxlayıb.
Yaponiyada 24 ildən sonra ilk müdaxilə edilmiş və bu müdaxilələrin davam edə biləcəyinə dair siqnallar verilmişdi.
Yaponiyanın Baş naziri Fumio Kişida dünən bildirib ki, ölkənin 1998-ci ildən bəri milli valyutanı dəstəkləmək üçün valyuta bazarına müdaxiləsindən sonra hökumət bazardakı ekstremal hərəkətlərə qarşı çıxmaq üçün lazımi addımları atmağa davam edəcək.
Kişida, bazarların məzənnə səviyyələrinə qərar verdiyini, lakin spekulyasiya ilə əlaqədar olaraq həddindən artıq hərəkətlərə cavabsız qala bilməyəcəyini söyləyib.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
2 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
3 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
4 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib



























