Səudiyyə Ərəbistanı 3300 MVt gücündə beş "yaşıl" enerji obyekti tikəcək
Təşəbbüs “Saudi Vision 2030” strateji proqramının bir hissəsidir.Səudiyyə Ərəbistanı bərpa olunan enerji sahəsində 3300 MVt gücündə beş layihə həyata keçirmək niyyətindədir.
Marja xəbər verir ki, bu barədə bazar günü Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.
Ümumi gücü 1800 MVt olan üç külək elektrik stansiyasının və ümumi gücü 1500 MVt olan iki günəş elektrik stansiyasının tikiləcəyi güman edilir.
Təşəbbüs “Saudi Vision 2030” strateji proqramının bir hissəsidir və Səudiyyə Ərəbistanının Energetika Nazirliyi tərəfindən nəzarət ediləcək.
2016-cı ildə dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi fonunda Ər-Riyad milli iqtisadiyyatın şaxələndirilməsi və qeyri-əmtəə sektorlarının inkişafı üçün strateji proqram hazırlayıb. 2017-ci ildə Krallıq iqtisadiyyatın enerji ixracından asılılığını azaltmağa yönəlmiş islahatlar həyata keçirməyə başlayıb. Səlahiyyətlilər 2023-cü ilə qədər ümumi gücü 10 GVt olan bərpa olunan elektrik enerjisi istehsalı obyektlərinin tikilməsi və bunun üçün 30 milyard dollardan 50 milyard dollara qədər investisiyaların cəlb edilməsi planlarını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 21 d. əvvəl
-
-
31 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
42 d. əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
42 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
1 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat




























